Heris və ya Heriz — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Heris şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıyaalınması əsasında bu şəhər 9,513 nəfər və 2,359 ailədən ibarət idi.
Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər həm bölgədə, həm də xaricdə öz gözəl Heris xalıları ilə tanınır.
Zəlzələlər
2012-ci il tarixində baş verən zəlzələlər zamanı şəhərdə xeyli sayda insan həlak olmuşdur. Heris xalçaları
Heriz Xalçaları dünya səviyyəli keyfiyyəti üçün tanınır və olduqca davamlı və dayanıqlıdır.
İstinadlar
Həmçinin bax Şərqi Azərbaycanda zəlzələlər (2012) Heris xalçası
Kateqoriya:Şərqi Azərbaycan ostanının şəhərləri