Dinar () — Şəki-Herreti çariçası. Atası hakimi, eristavlar-eristavı , babası Tao-Klarceti knyazı idi. Şəki hökmdarı Atrnersehin arvadı, Şəki hökmdarı İşxan Əbu Əbdülmalikin anasıdır.
Həyatı
“Kartli salnaməsi”ə görə
“Kartli salnaməsi”ə görə Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) Gürcü çarı III Baqrat Heretini tutmuş və çariça Dinarı əsir götürmüşdür. Əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi.
XI əsr gürcü tarixçisi yazır ki, III Baqratın ölümündən sonra (1014, yaxud 1015), oğlu
Burada adları çəkilməsə də çariça Dinarın və Kaxeti xorepiskopu III Kvirikenin (sonralar Böyük Kvirike adlandı) 4-5 ildən sonra müvafiq olaraq Şəkidə və Kaxetidə yenidən hakimiyyətə qayıtmalarına işarə olunur. “Kartli salnaməsi”ə görə III Baqrat çariça Dinarı əsir götürdükdən 1 il sonra Kaxeti xorepiskopu III Kvirikeni də əsir götürmüş və özü ilə sarayına aparmışdı. Lakin bundan sonra tarixi mənbələrdə yalnız III Kvirikenin həyat və fəaliyyəti barədə məlumatlar var, çariça Dinar haqqında isə heç bir məlumat yoxdur.
Müqəddəs elan olunması
“Kartli salnaməsi”ndə oğlu İşxaniki pravoslav etməsi barədə yazılanlar, onun bütün Şəki-Heretini pravoslav etməsi kimi başa düşülür və Gürcü pravoslav kilsəsi onun adını müqəddəslər siyahısına daxil etmişdir; dindar gürcülər üçün iyunun 30-u müqəddəs çariça Dinarın anım günüdür.
Rusiyada Dinara
Dinara XV – XVI əsrin əvvəllərinə aid Moskva povestlərindən birinin – “İberiya çariçası Dinara haqqında povest”in () baş qəhrəmanı hesab edilir. Povest öz dövründə çox məşhur olmuş, IV İvan Qroznı 1552-ci ildə Kazanı tutan vaxt oxunmuşdur.
Qəbri barədə iddialar thumb|right|300px|Çariça Dinara aid olması ehtimal edilən qəbir. Müasir erməni tədqiqatçılarından tarix elmləri doktoru Qriqor Qriqoryan hesab edir ki, Qafan şəhəri yaxınlığında yerləşən Vahanvəng monastırı ərazisində aşkar olunmuş və üzərində erməni əlifbası ilə “Dinar” yazılmış qəbir, məhz, Atrnersehin arvadı Dinarın qəbridir. Qriqor Qriqoryan Vahavəng monastırı ərazisində arxeoloji qazıntılara rəhbərlik etmişdir.
İstinadlar
Həmçinin bax Şəki dövləti
Linklər Динар// Православная энциклопедия Повесть о царице Динаре.
Mənbələr
Kateqoriya:Doğum tarixi bilinməyənlər Kateqoriya:Vəfat tarixi bilinməyənlər