Henrik Kristoffersen (2 iyul 1994) — Norveçli dağ-xizək idmançısı. O, dağ-xizək idmanı üzrə Dünya Kubokunda iştirak etmiş, Olimpiya Oyunlarının mükafatçısı olmuşdur.
Kristoffersen Norveçin Okershus dairəsinin Lorenskoq bələdiyyəsində anadan olmuşdur. Kristoffersen slalom və böyük slalom yarışları üzrə ixtisaslaşmışdır. O, Dünya Kubokunda peşəkar debütünü 2012-ci ilin mart ayında Sloveniyanın Kranyska Qora şəhərində etmişdir. İlk dəfə podiuma isə 2013-cü ilin noyabr ayında çıxmışdır. Finlandiyanın Levi şəhərində keçirilən yarışda o, 3-cü yeri tutmuşdur. 2014-cü ildə Soçidə keçirilən 2014 Qış Olimpiya Oyunlarında iştirak etmişdir. Kristoffersen Rosa Xutorda keçirilən yarışda slalom üzrə bürünc medal qazanmışdır. 19 yaşında medal əldə edərək Olimpiya Oyunlarının dağ-xizək idmanı üzrə ən gənc medal qazanan idmançı kimi tarixə düşmüşdür.
Kristoffersen ilk dəfə eyni mövsümdə Adelboden, Vengen və Kitzbüheldə keçirilən üç klassik slalom yarışlarında qələbə qazanmışdır; 2016-cı ilin yanvar ayında 21 yaşında bu uğura nail olmuşdur. Bu yürüşlərindən sonra o, Dünya Kubokunun slalom müsabiqələri tarixində ən titullu Norveçli idmançı olub. Yeddinci qələbəsini Vengendə əldə edərək Kristoffersen Finn Kristian Yaggenin rekorduna şərik çıxdı. Bir həftə sonra isə Kitzbüheldə qalib gələrək səkkizinci qələbəsini qazandı və yeni rekorda imza atdı. O doqquzuncu slalom qələbəsini iki gün sonra (26 Yanvar) Şladminqdə əldə etdi.
Qazandığı uğurlar Kristofferson ilk dəfə bir mövsümdə dörd klassik slalom yarışlarında (Adelboden, Vengen, Kitzbühel və Şladminq) qələbə qazanmışdır.
Kristoffersen 1992-ci il mövsümündə slalom yarışçısı Albert Tombanın (onun özündən başqa, aşağıda görürsünüz) qələbəsindən sonra bir mövsümdə altı slalom yarışını qazanan ilk slalom yarışçısıdır.
Dünya Kuboku nəticələri
Mövsüm nəticələri Mövsüm Yarış növü 2016 Slalom
Mövsüm cədvəlləri Mövsüm Yaş Ümumi Slalom Böyük slalom Super-G Sürət enişi Birləşmiş 2013 18 60 22 41 — — — 2014 19 7 3 9 — — — 2015 20 8 4 6 — — — 2016 21 2 1 3 — — —
Yarış podiumları 12 qələbə – (11 SL, 1 BS) 26 podium – (18 SL, 8 BS) Mövsüm Tarix Yerləşmə Yarış növü Yer2014 17 Noy 2013 Levi, Finlandiya Slalom 3-cü12 Yan 2014 Adelboden, İsveçrə Slalom 3-cü24 Yan 2014 Kitzbühel, Avstriya Slalom 2-ci28 Yan 2014 Şladminq, Avstriya Slalom 1-ci8 Mar 2014 Kranyska Qora, Sloveniya Böyük slalom 3-cü9 Mar 2014 Slalom 3-cü2015 16 Noy 2014 Levi, Finlandiya Slalom 1-ci10 Yan 2015 Adelboden, İsveçrə Böyük slalom 3-cü17 Yan 2015 Vengen, İsveçrə Slalom 3-cü15 Mar 2015 Kranyska Qora, Sloveniya Slalom 1-ci21 Mar 2015 Meribel, Fransa Böyük slalom 1-ci2016 6 Dek 2015 Biver Krik, ABŞ Böyük slalom 3-cü13 Dek 2015 Val d'İsere, Fransa Slalom 1-ci20 Dek 2015 Alta Badiya, İtaliya Böyük slalom 2-ci22 Dek 2015 Madonna di Kampiqlio, İtaliya Slalom 1-ci6 Yan 2016 Santa Katerina, İtaliya Slalom 2-ci10 Yan 2016 Adelboden, İsveçrə Slalom 1-ci17 Yan 2016 Vengen, İsveçrə Slalom 1-ci24 Yan 2016 Kitzbühel, Avstriya Slalom 1-ci26 Yan 2016 Şladminq, Avstriya Slalom 1-ci28 Fev 2016 Hinterstoder, Avstriya Böyük slalom 3-cü5 Mar 2016 Kranyska Qora, Sloveniya Böyük slalom 3-cü6 Mar 2016 Slalom 2-ci2017 10 Dek 2016 Val d'İsere, Fransa Böyük slalom 3-cü11 Dek 2016 Slalom 1-ci22 Dek 2016 Madonna di Kampiqlio, İtaliya Slalom 1-ci
Dünya Çempionatı nəticələri İl Yaş Slalom Böyük slalom Super-G Sürət enişi Birləşmiş 2013 18 DNF2 20 — — — 2015 20 4 13 — — —
Şəxsi həyatı Henriksen Valerenqa Ayshokkey klubunun azərkeşidir.
Olimpiya nəticələri İl Yaş Slalom Böyük slalom Super-G Sürət enişi Birləşmiş 2014 19 3 10 — — —
İstinadlar
Xarici keçidlər
FIS-ski.com – Henrik Kristoffersen – World Cup season standings Ski-db.com – results – Henrik Kristoffersen Norwegian Ski Team – alpine skiing – Henrik Kristoffersen – Rossignol.com – Henrik Kristoffersen – alpine skiing
Kateqoriya:2014 Qış Olimpiya Oyunlarında dağ-xizəkçiləri Kateqoriya:2014 Qış Olimpiya Oyunlarının medalçıları Kateqoriya:2018 Qış Olimpiya Oyunlarının medalçıları