Hadisələr 20 fevral- Rusiyada "azad taxılçılar" haqqında fərman verilməsi. 30 aprel - Fransanı Luiziananı 15 milyon dollara ABŞ-yə satmağa məcbur olması. 22 may - Böyük Britaniyanın Fransaya müharibə elan etməsi. 20 iyun -Rusiyada ilk dəfə Sankt-Peterburqda fransız Jak Qarneren tərəfindən hava şarında uçuşun həyata keçirilməsi. 7 avqust - İ.F.Kruzenşteynin və Y.F.Lisyanskinin başçılığı ilə ilk rus ekspedisiyasının dünya səyahətinə başlaması. 11 sentyabr - Dehli yaxınlığındakı döyüşdə ingilis ordusu tərəfindən fransız general Lui Buryenin başçılığ etdiyi hind ordusunun darmadağın edilməsi. 12 sentyabr - Böyük Moğol imperiyasının hökmdarı II Aləmşahın Hindistanda Böyük Britaniya protektoratlığının yaradılması barədə İngiltərə hökumətinə müraciət etməsi. 17 oktyabr - General Leykin komandanlığı ilə infilis ordusu tərəfindən Hindistanın Aqra şəhərinin işğal edilməsi. 4 dekabr - Sonuncu fransız ordusunun Haitini tərk etməsi. Meqreliya knyazlığının Rusiyaya birləşdirilməsi. Fransa ilə İngiltərə arasında hərbi əməliyyatların başlanması. mart - rus qoşunlarının 5 minlik gürcü qoşunu ilə birlikdə Car-Balakənə hücumunun başlanması. 12 aprel - Tiflisdə Car-Balakənin Rusiya tərkibinə qatılması şərtləri və "Andlı öhdəlik" haqqında sazişin imzalanması. 12 sentyabr - Şeyxəli xanın Dərbənd şəhərini yenidən Quba xanlığına birləşdirməsi. 22 noyabr - Rus qoşunlarının Gəncə xanlığı üzərinə işğalçı yürüşü. 29 noyabr - Rus qoşunlarının Şəmkirə soxulması.

Doğumlar 29 noyabr - Yefim Vasilyeviç Putyatin - rus admiralı, dövlət xadimi və diplomat. 5 dekabr - Fyodor İvanoviç Tyutçev - rus şairi. 11 dekabr - Qektor Berlioz - fransız bəstəkarı, dirijor və musiqi yazıçısı. 23 may – Eduard Bulver-Litton Molla Səfərəli bəy Məlikhaykazov

Ölümlər 18 yanvar - İppolit Fyodoroviç Boqdanoviç - rus şairi, 6 fevral - İtalyan baletmeysteri, xoreoqrafı və bəstəkarı Domeniko Mariya Ancelo Qasparini. 8 aprel - Fransua Dominik Tussen Luvertyur - Haitidə qullar üsyanının rəhbəri, San-Dominqo Respublikasının ömürlük general-qubernatoru.