Xaqani bağı və ya Molokan bağı — Bakının ən qədim parklarından biri. Ərazisi kiçikdir (0.8 hektar), Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır.
Təsviri Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur.А. А. Гасанова. Сады и парки Азербайджана / Под ред. проф. Ф. М. Гусейнова. — Баку: Ишыг, 1996. — 304 с.
Bağ pavilyonunun cərgələri su hovuzundan başlayır. Bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. Bağın ərazisi kiçik olsa da (0.8 hektar), kifayət qədər rahatdır və bakılıların istirahət üçün sevimli məkanıdır. Yaşıllıq əraziləri elə yerləşib ki, skamyaların yanında kifayət qədər kölgəlik ərazisi var. Ağacların ətrafında kolluqlar və güllüklər var.
Tarixi
XIX əsrin ikinci yarısında Azərbaycanda neft sənayesi və onun bağlı sahələr inkişaf etməyə başlayanda Bakının tarixi hissəsi İçərişəhərin şimal-şərq hissəsində yaşayış yerləri ümumşəhər tikintisinin əhəmiyyətli bir hissəsini təşkil edirdi. 1860-cı illərdə şəhər ətrafının inkişafı mühitində molokan slobodaları meydana çıxdı.Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков / Под ред. проф. В. И. Пилявского. — Ленинград: Стройиздат, 1978. — 215 с. Mərkəzi məhəllələrinin tikintisi ilə əlaqədar olaraq molokan slobodaları tarlaları və tövlələri ilə birlikdə yox edildi. Molokanlar tamamilə yeni rayonda — Zavağzalda məskunlaşdı. Burada onlar yeni molokan slobodası yaratdılar. Slobodanın yerində Marinski bağı salındı. Bağ 1870-ci illərdə varlı şəxslərin mülklərinə yaxın ərazidə salınmışdır. Bağ şəhərin mərkəzi rayonlarından biri olan Primorskda yerləşirdi.
Bağın yaradılması və layihələndirilməsi çətinliklərlə üzləşirdi. Bunlardan bir çoxunun səbəbi su təchizatındakı problemlər idi. Həmçinin şəhər bağçısı, idarə və duma üzvləri tərəfindən bu bağa diqqət ayrılmırdı. "Kaspi" qəzetində bu haqda yazılırdı:
1890-cı illərdə bağın quruluşunun layihələndirilməsinə uyğun olaraq bağda yeni ağaclar əkildi. Ümumilikdə bağın planı kvadrat şəklində idi. Planın kompozisiyası keçidlərin diaqonal xətt şəklində yerləşməsinə əsaslanırdı. Keçidlərin birləşdiyi mərkəzdə fəvvarəli hovuz yerləşirdi. Ağac cərgələri bağın perimetri boyunca yerləşirdi. Bu, bağın keçidinin əlavə dövrələnməsini və sahənin yaşıllaşdırılmasının vizual və funksional keyfiyyətini artırırdı.
XX əsrin əvvəllərində Marinski bağının yenidən planlaşdırılması vacib məsələyə çevrilmişdi. Baş bağçı A. E. Vasilyev qeyd edirdi ki, bu dövrdə ictimai bağların qaydaya salınması başlanmışdı. 1904-cü ildə vəziyyətin tədqiq edilməsi nəticəsində Vasilyev Marinski bağının yenidən qurulması proyektini hazırladı. Proyektə keçidlərin genişləndirilməsi və isti iqlimə dözümlü ağac növlərinin əkilməsi daxil idi. Bədii ifadəliliyinin artırılması üçün mövcud nəbatatın yüksək dekorativ keyfiyyətə malik ağaclarla əvəz edilməsi planlaşdırılırdı. Həmçinin kiçik arxitektura formalarının düzgün yerləşdirilməsi nəzərdə tutulurdu. Ancaq proyekt həyata keçirilə bilmədi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bağ 1905-ci il qanlı bazar ertəsinin şərəfinə "9 yanvar" adlandırıldı. İkinci Dünya müharibəsindən sonra bağ iki dəfə yenidən quruldu. Kiçik arxitektura formaları — işıq fənərləri, qəzet kiosku, göyərçinlər üçün yem qutusu və landşaft dizaynının digər elementləri qeyd edilməldiir.
Daha sonra bağa Haşım Əliyevin adı verildi. Müstəqilliyin elan edilməsindən sonra bağ orta əsr şairi Xaqani Şirvaninin şərəfinə adlandırıldı.
4 mart 2024-cü il tarixində parkın ətrafındakı avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq ərazi piyadalaşdırılıb. Qalereya
Mənbələr
Şərhlər
İstinadlar
Həmçinin bax Bakıdakı bağ və parkların siyahısı
Xarici keçidlər
Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Malakanlar