Con Cozef Mirşaymer (/ˈmɜːrʃhaɪmər/ ) amerikalı politoloq. Böyük güclər arasında təhlükəli və digər dövlətlərin niyyətlərinin bilinmədiyi dünyada hegemonluğa yiyələnmək üçün verilən mübarizəni izah edən hücum meyilli neorealizmə aid olan hücumçu realizm ideyasını irəli sürmüşdür. 

Həyatı

Mirşaymer 1947-ci ilin dekabrın 14-də Bruklində anadan olmuşdu. Atası Tomas Cozef Mirşaymer (1918-2007) və anası Rus Maqraret Baumanın (1922-2011) beş uşağından bir idi. Alman və irland əsillidir. Atası mülki mühəndis və ABŞ Hərbi Hava Qüvvələrinin Ehtiyatının polkovniki idi. ABŞ Hərbi Akademiyasının məzunu olaraq, II Dünya müharibəsi zamanı o, ABŞ Ordusu Hava Korpusunda, Koreya və Vyetnam müharibələri dövründə isə Hava Qüvvələrinin Ehtiyatında xidmət etmişdi. Mühəndis olaraq isə o, müxtəlif dəmir yolları üzrə və Nyu York şəhərinin mərkəzi vağzalının baş mühəndisi kimi işləmişdi."Mearsheimer, John J. 1947– ." Contemporary Authors, New Revision Series. Retrieved September 02, 2025 from Encyclopedia.com: https://www.encyclopedia.com/arts/educational-magazines/mearsheimer-john-j-1947

17 yaşında ABŞ Ordusuna yazıldı. Bir il xidmətindən sonra o, 1966-1970 illərində Nyu York ştatının Vest Point adlı ərazisindəki Birləşmiş Ştatrlar Hərbi Akademiyasına təyinat alaraq, orda təhsil alırdı. 1970-ci ildə akademiyadan Bachelor of Science dərəcəsini əldə etmişdi. 1970-1975 illərində ABŞ Hərbi Hava Qüvvələrində xidmət edərək, leytenant rütbəsi ilə başlayıb, kapitan rütbəsi ilə istefa vermişdi. 1970-ci ildə Con Mirşaymer Meri T. Kobb ilə evlənmişdi. Onların üç uşağı olub: qız və iki oğlan.

1974-cü ildə Mirşaymer Hava Qüvvələrdə xidmət edərkən Cənubi Kaliforniya Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini almışdı. ABŞ ordusundakı karyerası ilə razı qalmamış o, istifa edib Kornell Universitetində hakimiyyət üzrə magistr (1978) və PhD (1981) dərəcələri almışdı. Mirşaymerin diqqət mərkəzində beynəlxalq münasibətlər idi və 1978-1979 illərində o, sülh tədqiqatları təqaüdü alırdı. 1978-ci ildə o, Silahlara Nəzarət və Silahsızlanma Agentliyidə internaturanı keçirdi. 1979-1980 illərdə Hamfri H. Hamfri adına təqaüdünü əldə edərək, Vaşinqton şəhərində yerləşən Brukinqs İnstitutuda elmi işçi olmuşdu. 1980-1982 illərdə Mirşaymer Harvard Universitetinin Beynəlxalq Münasibətlər üçün Mərkəzidə postdoktorant tədqiqatçı olmuşdu.

İstinadlar

Kateqoriya:1947-ci ildə doğulanlar Kateqoriya:Kornell Universitetinin məzunları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Cənubi Kaliforniya Universitetinin məzunları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:ABŞ politoloqları