Dmitri Yakovenko (, 29 iyul 1983 Omsk) Rusiyalı qrosmeyster (2001). Şahmat üzrə Komandalar Arası Dünya Çempionatında (2009) qızıl medal qazanan Rusiya komandasının və Şahmat üzrə Komandalar arası Avropa Çempionatının (2007, 2015) üzvu olub.

Həyatı Dmirtriy 3 yaşı olarkən şahmat oynamağı birinci dərəcə səviyyəsində olan atasından öyrənib və məşqiçisi Aleksandr Nikitin olub. Dmitri məktəbi qızıl medalla və Moskva Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin qırmızı diplomla bitirmişdir.

Naliyyətləri 1999-cu ildə 16 yaşa qədər Gənclər arasında şahmat üzrə Dünya çempionatıda ikinci yeri tutdu.

2001-ci ildə 18 yaşa qədər Gənclər arasında şahmat üzrə Dünya çempionatının və Saint-Vincent Open-in qalibi olub.

2005-ci ildə Monrealda keçirilən turnirin qalibi oldu. Həmin ildə Rusiya Çempionatında ikinci yeri tutdu.

2006-cı ildə Yakovenko Rusiya Çempionatında gümüş medal qazandı.

2007-ci ildə Rusiya yığmasının tərkibində Avropa Çempionu oldu.

2012-ci ildə Plovdivdə keçirilən Şahmat üzrə Avropa Çempionatında 11 oyundan 8.5 xalla, 2013-də Rusiya Kubokunda birinci yeri tutmuşdur.

2012-ci ildə keçirilən Olimpiadada Rusiya millisinin tərkibində gümüş medala sahib olmuşdur.

Xarici keçidlər

Dmitry Jakovenko. Chess-DB.com Dmitry Jakovenko. 365chess.com Dmitry Jakovenko. fide.com Dmitry Jakovenko. chessgames.com

Kateqoriya:Rusiya şahmatçıları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Şahmat qaralamaları Kateqoriya:Omskda doğulanlar Kateqoriya:Şahmat üzrə Avropa çempionları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları