Reina gecə klubunda terror aktı - 2017-ci ilin 1 yanvar tarixində gecə saat 01:12-də İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən Reina gecə klubunda törədilmiş terror aktı. AK-47 avtomatı və Əl qumbarası ilə gercəkləşdirilmiş terror aktı nəticəsində ilkin məlumatlara görə 39 nəfər həlak olmuş, 69 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Arxa plan thumb|Reina gecə klubunun ümumi görünüşü. (2012) Terror aktının naməlum şəxs tərəfindən əsasən AK-47 avtomatı ilə törədildiyi bildirilir. Santa Klaus forması geyinmiş şəxs girişdəki polis əməkdaşını öldürdükdən sonra içəri daxil olaraq gecə klubunda əylənən kütlənin üzərinə sərbəst atəş açmağa başlamışdır. İlk atəşin 01:15 də açıldığı bildirilir.
Atəş açılan zaman Reina gecə klubunda 700 nəfərə yaxın şəxsin Yeni ili qarşılamaq üçün orada olduğu qeyd olunub. 39 nəfər açılan atəşlər nəticəsində dünyasını dəyişib (15 nəfərə yaxının xarici ölkə vətəndaşı olduğu bildilir) və 69 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bilidilir. Polis tərəfindən hadisənin baş verdiyi ərazi mühafizə altına alınıb. Onlarla insan terror aktının qurbanı olmamaq üçün hündürlükdən tullanaraq canlarının qurtarmağa çalışıblar
+ Zərərcəkmiş şəxslərin mənsubiyyəti Ölkə Ölü Yaralı Mənbə 11 məlum deyil 7 9 2 0 3 7 2 4 2 0 2 0 1 3 1 1Israeli killed in Turkey terror attack. "We told her not to go because of the situation". ישראלית נהרגה בפיגוע בטורקיה. "אמרנו לה לא לנסוע בגלל המצב" , Walla!News (in Hebrew), 1 January 2016 1 0 1 0 1 0 1 0 3 2 3 2 1 Məlum deyil 1 36Cəmi 39 69
İstinadlar
Kateqoriya:2017-ci ildə Türkiyə Kateqoriya:2017-ci ildəki hadisələr Kateqoriya:1 yanvardakı hadisələr Kateqoriya:Türkiyədə kütləvi qətllər Kateqoriya:Türkiyədə qətliamlar Kateqoriya:2017-ci ilin terror hadisələri