Ölüm və Həyat () əsəri 1908-1911-ci ildə avstriyalı simvolist rəssam Qustav Klimt tərəfindən çəkilib

«Həyat və ölüm» əsərində Klimt yaradıcılığının aparıcı mövzularından biri öz əksini tapmışdır. Həyat və ölüm bu əsərdə dəqiq surətdə bir-birinə qarşı qoyulmuşdur - şəklin sol hissəsində əlində kəllə tutmuş cansız bir vücud var - Ölüm və körpədən tutmuş qoca qarıyadək hələ canının istisi keçməmiş canlı vücudlar bir-birinin üstünə qalaqlanıb, bunlar yuxulu bir vəziyyətdədirlər, ölümün yaxınlaşması onların heç xəyalına da gəlmir.

Kateqoriya:1908-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Qustav Klimtin rəsm əsərləri Kateqoriya:Alleqorik rəsm əsərləri Kateqoriya:İnsanların təsvir edildiyi rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər Kateqoriya:Ölüm haqqında rəsm əsərləri