Şotlanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şərəfxanlı kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Kəhrizli kənd inzibati ərazi vahidinin Şotlanlı kəndi Şərəfxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.
Toponimikası Şotlanlı oykonimini hunların varisi olan qədim türk mənşəli şot-şatı etnonimi ilə əlaqələndirən tədqiqatçılar vardır. Toponimin tərkibindəki -lan komponenti "məskən", "yurd" mənasındadır, -lı səkilçisi mənsubluq bildirir. Şotlanlı toponimini "dəvəli" yozumu ilə izah edənlər var.
Bəzi tədqiqatçılar isə Şotlanlı oykonimini səhvən kürd mənşəli şotlanlı tayfasının adı ilə bağlayırlar. Onlar bunu 1828-ci ildə imzalanmış "Türkmənçay" müqaviləsindən sonra Zilanlı tayfası ilə birlikdə Cənubi Azərbaycandan gəlmiş şotlanlıların əvvəlcə Zəngəzurda yaşamaları, XIX əsrin ortalarında isə onların bir hissəsinin Cahangir xanın başçılığı ilə Qarabağa (Ağdam və Ağcabədi rayonları ərazilərinə) gələrək burada yaşamaları ilə əsaslandırırlar.Nazim Tapdıqoğlu (Vəlişov). Ağcabədi Ensiklopediyası. Bakı-2007.
Tarixi Kəndin əsgəruşağı nəsli, bayramuşağılar, davudlular, şirinlilər, əliuşağılar, məcnunuşağılar, misirağlılar və başqa tayfaları vardır.
Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 28 km məsafədə, düzənlik ərazidə yerləşir.
Əhalisi Əhalisinin sayı 286 nəfərdir (01.01.2007-ci il üçün).
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq və pambıqçılıq təşkil edir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağcabədi rayonunun kəndləri