Sümərin - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan şəhər. 2006-cı il siyahıya alınmaya görə kənddə 3.146 nəfər yaşayır (711 ailə).

Məhəllələr Kəndin yerliləri bu kəndi 7 qismə bölürlər ki bunlardan ibarətdir: Hüseynabad Orta Küçə Pir Qollu Cəbrayıl Qaraxanlı Sadıqlı Hüseyn Allı

Gərək bunuda artıraq ki hər məhəllədə yuxarıda adları çəkilən tayfalara özəldir. Görməli yerlər

Sultan Xoca Əli Türbəsi: Məqbərəninin tikintisi ilkdə suvaqdan olsa da 1996-cı ilin zəlzələsində tam darmadağın olub və sonra kərpiçdən üzərində yeni bir bina tikilibdir. Kənddə yerləşən üç meşə ağacı ki onların ömürləri min ildəndə daha çoxdur və Xoca Əli türbəsinin yanında yerləşiblər. Üç Otaq adında bir əski köhül ki onun içində əvvəliyyə insanlar yaşayarmışlar. Zərdüştilərdən qalan bir neçə qəbir Daşdan salınmış böyük və əski heykəllər Çox sayda bağ və ağaclıqlar o cümlədən qoz bağları. Əski dəyirmanlar Bir neçə şəlalə Cəbrayıl Bulağı Mehdi Bulağı Qalacıq piri Kəndin ürünlü əkin yerləri və yaşıl tarlalar.

İstinadlar

Mənbə https://en.m.wikipedia.org/wiki/Samarin

Kateqoriya:Ərdəbil ostanının şəhərləri