Con Kristofer "Conni" Depp II (; ) — ABŞ aktyoru. 1984-cü ildən filmlərdə çəkilir. Ən məşhur rollarından biri Cek Sərçədir ("Karib dənizinin quldurları" trilogiyası). 3 dəfə "Oskar"a namizəd olub, Tim Burtonun "Svini Todd-Fleet küçəsinin şeytan bərbəri" filmindəki obrazına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Tim Burtonun filmləri Conni Deppə böyük uğur qazandırdı. 2012-ci ildə o, "Ginnesin Rekordlar Kitabı"nda, ilə 75 milyon dollar qazanan, ən bahalı aktyor kimi seçilmişdir. Kino sahəsinə olduğca çox töhfələr verməyinə baxmayaraq, hələ də "Oskar" mükafatını qazana bilməyib.
Həyatı Anasının 12 yaşında aldığı gitara ilə "garage rock" tərzində musiqilər ifa etməyə başladı. 15 yaşında bir rok musiqiçisi olmaq arzusu ilə məktəbi tərk etdi. Eyni il anası ilə atası boşanır və bu vəziyyət ona pis təsir edir. "The Kids" adlı musiqi qrupu ilə çalmağa başladı. Qrupun bas gitaraçısı və vokalistinin bacısı Lori Anne Allison ilə 24 dekabr 1983-cü ildə evləndi. Los Ancelesdə həyat yoldaşının köməyi ilə Nikolas Keyclə tanış oldu və ilk filmi Qarağac küçəsində qarabasma filmində 1984-cü ildə rol almaq imkanı qazandı. 1986-cı ildə "Tağım" filmində kiçik bir rol aldı. Conni Depp həmin ildə 7 mart 1986-cı ildə Lori Anne Allisondan boşanır. İlk evliliyindən sonra aktrisa Vaynona Rayder və model Keyt Moss kimi məşhurlarla görüşür. Sevgilisi Vaynona Rayder adını qoluna "Winona Forever" olaraq döydürən aktyor, döyməni ayrıldıqdan sonra "Sonsuza qədər şərab" ("Wino Forever") kimi dəyişdirdi. "The Kids" qrupu dağılmış olmasına baxmayaraq, hələ də birlikdə ifa edirlər. Conni Deppin sözlərinə görə əsas onların peşəkar deyil, hobbi olaraq çalmaqlarıdır.
14 iyun 1998-ci ildə Vanessa Paradislə ailə həyatı qurmuşdur. Cütlük 2012-ci ildə ayrıldıqlarını elan etdilər.Depp, Robin Uilyamsın 1998-ci ildə "Patch Adams" filmində canlandırdığı "Xəstəxana-Klounu" obrazına əsasən, "Xalq düşməni" filminin premyerası üçün getdiyi Londondakı bir xəstəxanada, "Karip Dənizinin Quldurları" filmindəki yaratdığı Kapitan Cek Sərçə kostyumunu geyinərək, Londondakı Great Ormond Street Xəstəxanasının işçilərini və xəstə uşaqları ziyarət etdi və onlara yaxından qayğı göstərdi.Vanessa Paradislə 2 uşağı var; Lily-Rose Melody Depp və Jack(John Christopher Depp-3) Depp'in qızı uşaqlıqda böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi, 2007-ci ildə isə uğurlu müalicəsinə görə atası "Great Ormond Street" xəstəxasına 1 milyon avro bağışlamışdır.
" The rum diary" filminin çəkilişlərində tərəf müqavili Amber Heardla tanış olub 2015-ci ildə evlənib,15 aydan sonra isə ayrılıblar.
Filmoqrafiya İl Film Orijinal adı Rol 1984 "Qarağac küçəsində qarabasma" "A Nightmare on Elm Street" Qlen Lantz 1985 "Şəxsi kurort" Private Resort Cek 1986 "Tağım" Platoon vt. Gator Lerner 1993 "Arizona arzusu" Arizona Dream Axel Blackmar 1993 "Benni və Cun" Benny & Joon Sem 1993 "Cilbert Qrey" What’s Eating Gilbert Grape Cilbert Qrey 1994 "Ed Vud" Ed Wood Ed Vud 1995 "Don Juan de Marko" Don Juan DeMarco Don Juan 1997 "Cəsur" The Brave Rafael 1999 "Yuxulu boşluq" Sleepy Hollow İkabod Kreyn 2000 "Şokolad" Chocolat Rouks 2001 "Kokain" Blow Corc Canq 2001 "Cəhənnəmdən" From Hell İnspektor Frederik Abberlayn 2003 "Karib dənizinin quldurları: Qara mirvarinin lənəti" Pirates of the Caribbean: The Curse of the Black Pearl "Sərçə" ləqəbli Cek 2003 "Bir dəfə Meksikada" Once Upon a Time in Mexico Sands 2003 "Çarli: Çarli Çaplinin Həyatı və Sənəti" (sənədli film) Charlie: The Life and Art of Charles Chaplin 2004 "Məxfi pəncərə" Secret Window Mort Rayni 2005 "Çarli və şokolad fabriki" Charlie and the Chocolate Factory Uilli Uonka 2006 "Karib dənizinin quldurları 2" Pirates of the Caribbean: Dead Man’s Chest "Sərçə" ləqəbli Cek 2007 "Karib dənizinin quldurları 3" Pirates of the Caribbean: At World’s End "Sərçə" ləqəbli Cek 2010 "Turist" The Tourist Aleksandr Pirs 2010 "Alisa möcüzələr ölkəsində" Alice in Wonderland Dəlisov papaqçı 2011 "Ranqo (cizgi filmi, 2011)" Rango Ranqo 2011 "Karib dənizinin quldurları 4" Pirates of the Caribbean: On Stranger Tides "Sərçə" ləqəbli Cek2012"Qaranlıq kölgələr"Dark shadowshttps://www.imdb.com - Dark shadows. İstifadə tarixi: 05.11.2025.Barnabas Kollins 2017 "Karib dənizinin quldurları 5" Pirates of the Caribbean: Dead Men Tell No Tales "Sərçə" ləqəbli Cek
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:ABŞ ateistləri Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:XXI əsr ABŞ musiqiçiləri