Ryan Corc Henson Loft (14.9.1997) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Lester Siti klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.

Şəxsi həyatı Loft Qreyvsend şəhərində anadan olmuşdur. O, Norzflit Texnologiya Kollecinin tələbəsi kimi hündürlüyə tullanma yarışında çempion olmuşdur.

Klub karyerası Loft əvvəlcə Dartford və Ebbsflit Yunayted klublarında çıxış etmişdir. 2013-14 mövsümündə isə Tottenhem Hotspur klubuna transfer olmuşdur. Loft bu klubda 2014-cü ilin iyul ayından çıxış etməyə başlamışdır. Sonralar isə o, 2016-cı ilində mart ayında Brayntri Taun klubunda, 2017-ci ilin yanvar ayında isə Stiveneyc klubunda icarə əsasında çıxış etməyə başlamışdır. O, 2018-ci ilin yanvar ayında Ekseter Siti klubuna icarəyə verilmişdir. Loft 2017-18 mövsümünün sonunda Tottenhem Hotspur klubu ilə müqaviləyə xitam vermişdir. 2018-ci ilin iyul ayında o, Lester Siti klubu ilə iki illik müqavilə imzalamışdır.

Karyera statistikası

+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaFA KubokuLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolTottenhem Hotspur2015–16Premyer Liqa00000000002016–1700000000002017–180000000000Ümumi0000000000Brayntri Taun (icarə)2015–16Milli Liqa0000000000Stiveneyc (icarə)2016–17Liqa İki9000000090Ekseter Siti (icarə)2017–18Liqa İki1000000010Lester Siti2018–19Premyer Liqa0000000000Ümumi karyera100000000100

İstinadlar

Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:Tottenhem Hotspur FK futbolçuları Kateqoriya:Lester Siti FK futbolçuları Kateqoriya:Stiveneyc FK futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları