Kamal Ağayev (; ) — Azərbaycan Kommunist Partiyası Cəbrayıl Rayon və Qubadlı Rayon Komitəsinin birinci katibi, Ucar Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

Həyatı Ağayev Kamal Əlibala oğlu 15 iyul 1930-cu ildə Azərbaycan SSR Ucar rayonunun Qarabörk kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1952-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və Dövlət Təhlükəsizlik Komitəsinə işə dəvət olunmuşdur.

1954-cü ilə kimi DTK-də müxtəlif vəzifələrdə işləmiş, atasının ölümü ilə əlaqədar həmin ildə öz ərizəsi ilə DTK-dən istefa vermişdir. Doğma rayonuna qayıdan Kamal Ağayev 1961-ci ilə kimi Ucarda müxtəlif vəzifələrdə (rayon komsomol komitəsinin 1-ci katibi, Rayon icrayyə Komitəsinin sədri, Rayon Partiya Komitəsinin 3-cü katibi) işləmişdir.

1963–64-cü illərdə Moskvada Ali Partiya məktəbində təhsil aldıqdan sonra Qubadlı Rayon Partiya Komitəsinin 1-ci katibi seçilmiş və 1970-ci ilə kimi həmin vəzifədə işləmişdir. 1970–80-ci illərdə Cəbrayıl RPK-nin 1-ci katibi işləmişdir. 1980-ci ildən 2002-ci ilə kimi Bakı şəhərində bir sıra məsul vəzifələrdə (Ət-süd sənaye nazirliyində şöbə müdiri,"Bakmoloko" İB-də Baş direktor müavini, Respublika Kolxoz Bazarlarının Baş Direktoru, "Azərittifaq" Sənaye Birliyinin sədrinin müşaviri və s.).

2002-ci ildə təqaüdə çıxmış, 2004-cü ildə Azərbaycan Respublikası Przidentinin sərəncamı ilə fəxri təqaüdə layiq görülmüşdür.

Azərpaycan parlamentinin 4 dəfə dalbadal (6,7,8 və 9-cu çağırış)deputatı seçilmişdir. İşlədiyi dövrdə bir sıra dövlət mükafatları ilə, o cümlədən, 3 dəfə "Qırmızı əmək bayrağı" ordeni, fəxri fərman və medallarla təltif edilmişdir.

27 noyabr 2006-cı ildə Bakı şəhərində vəfat etmiş, Ucar rayonu Qarabörk kəndində dəfn edilmişdir.

Ailəsi 6 övladı var.

Xatirəsinin əbədiləşdirilməsi Ucar rayonunda onun adına küçə verilmişdir.

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qubadlı Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Cəbrayıl Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Ucar Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri