Levon İsaeviç Mirzoyan () sovet — dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1926–1929), ÜİK(b)P Qazaxıstan Diyar Komitəsinin və Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1938).

Həyatı Levon Mirzoyan 1920–1925-ci illərdə Azərbaycan Həmkarlar İttifaqının sədri, sonra Azərbaycan SSR əmək xalq komissarı, Azərbaycan K(b)P Bakı Komitəsinin katibi olub. 1926–1929-cu illərdə Azərbaycan K(b)P MK-nin birinci katibi vəzifəsində çalışıb. 1929–1933-cü illərdə ÜİK(b)P Perm Dairə Komitəsinin katibi, sonra Ural Vilayət Komitəsinin ikinci katibi işləyib. 1933-cü ildən partiyanın ÜİK(b)P Qazaxıstan Diyar Komitəsinin birinci katibi, 1937-ci ildən Qazaxıstan Kommunist Partiyası MK-nin birinci katibi vəzifəsində çalışıb. SSRİ MİK üzvü olub. "Lenin" ordeni alıb.

1939-cu ilin əvvəllərində həbs edilib və həmin ilin 26 fevralında Lefortovo həbsxanasında güllələnib. 1958-ci ildə bəraət alıb.

İstinadlar

Kateqoriya:Qazaxıstan SSR rəhbərləri Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədrləri Kateqoriya:Azərbaycan SSR xalq əmək komissarları Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XI qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin X qurultayının nümayəndələri Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar