Bennett Sneddon (4 aprel 1997-ci ildə anadan olub) — ABŞ Futbol Liqası təmsilçilərindən olan LA Qalaksi II klubunda qapıçı kimi çıxış edən peşəkar ABŞ futbolçusu.

Gənclik Sneddon öz karyerasına 2013-cü ildə LA Qalaksinin akademiyasında başlamışdır. Sneddon həmçinin Bodens BK və Vest Bromviç Albion klublarında dəfələrlə təlim keçmişdir.

Əsas karyerası Sneddon 20 iyul 2015-ci ildə LA Qalaksi II klubu ilə müqavilə imzalamışdır.

Sneddon peşəkar karyerasında debütünü LA Qalaksi klubu ilə 17 oktyabr 2015-ci ildə Roçester Rinos klubuna qarşı oyunda etmişdir. Əlavə vaxt oynanılan oyunda Sneddon 105-ci dəqiqədə oyuna daxil olmuşdur.

İstinadlar

Xarici keçidlər Galaxy Academy Profile

Kateqoriya:ABŞ futbolçuları Kateqoriya:ABŞ-nin kişi futbolçuları