Molla Nəsrəddin () — Azərbaycan türkcəsində satirik-yumoristik jurnal.
Azərbaycanda ilk şəkilli jurnal "Molla Nəsrəddin" olmuşdur. "Molla Nəsrəddin"in birinci sayı 1906-cı il aprel ayının 7-də (yeni təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb. 1906–1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib. Təsisçiləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə, müdiri və baş mühərriri (redaktoru) Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
Tarixi
"Molla Nəsrəddin"ə qədərki dövr Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək "Molla Nəsrəddin" adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istəmişdi. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri bəyənmiş, bu barədə xəbərlər yaymışdılar. "İrşad", "Həyat", "Tərcüman", "Vozrojdeniye", "Kaspi", "Baku", "Novoye obozreniye", "Kavkazskoye utro", "Na povorote" qəzetləri "Molla Nəsrəddin"i çıxarmaq təşəbbüsü barədə oxuculara xəbər vermişdilər.
Jurnalın nəşrinə icazə verilməsi haqqında xəbəri ilk dəfə 1906-cı il fevralın 24-də "Novoye obozreniye" qəzeti, fevralın 26-da "Kavkazskoye utro" qəzeti, martın 1-də isə "Kaspi" qəzeti dərc etmişdir. Martın 4-də jurnalı çıxarmaq üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası tərəfindən şəhadətnamə verilmişdir.
İlkin nəşri Müəyyən olunmuş bu proqrama uyğun şəkildə Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə jurnalın ilk sayını çapa hazırladılar. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxdı. Jurnalın 7 aprel tarixli ilk sayında Mirzə Cəlilin "Molla Nəsrəddin" imzası ilə "Tiflis 7 aprel" sərlövhəli baş məqaləsi,"Məcmuəmizə müştəri olanlara nəsihət", "Molla Nəsrəddinin teleqramları", "Bilməli xəbərlər", "Dəllək", "Atalar sözü" və digər yazılar, həmçinin 4 müxtəlif karikatura və bir neçə elan dərc olundu.
Həcmi kiçik formatda olan "Molla Nəsrəddin"in çapı həftədə bir dəfə nəzərdə tutulmuşdur. Proqram səciyyəvi baş məqalədə isə Molla Nəsrəddin üzünü doğma xalqına tutub söyləyirdi:
Molla Nəsrəddinçilər məqalələrini "türkün ana dilində", sadə danışıq tərzində, xalqın anlayacağı, başa düşəcəyi dildə yazdılar. C. Məmmədquluzadənin öz dili ilə desək "Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı".
C. Məmmədquluzadə jurnalın ilk nömrəsinin işıq üzü görməsi münasibətilə Rusiyanın bir çox yerlərindən təbrik məktubları, teleqramlar aldı. Redaktor bu təbriklərə aprelin 12-də "Na povorote" qəzeti, aprelin 14də isə "Kaspi" qəzeti vasitəsilə təşəkkürlərini bildirdi.
1-ci nömrəsi Jurnalın birinci nömrəsi 1.000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə "Molla Nəsrəddin" populyarlaşdı. "İrşad" qəzetinin 16 aprel 1906-cı il sayında Ə. Ağaoğlu bu barədə yazırdı:
Jurnalın ilk sayında dərc olunan yazılar kimi karikaturalar da məzmun etibarilə fərqlənirdi. "Molla Nəsrəddin"i dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı, Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdləri də çox düşündürürdü. Bu dərdlər içərisində dini-fanatizm daha dəhşətlisi idi. Bu fikrini xalqa çatdırmaq üçün C. Məmmədquluzadə "Molla Nəsrəddin"in birinci nömrəsinin üz qabığında öz həmvətənlərinin yatmış vəziyyətdə göstərən bir rəsm çəkdirib dərc etdirmişdir. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır.
Birinci səhifədə məscidi xatırladan otaqda müsəlmanlar sıra ilə yan-yana yatırlar, onlardan yalnız biri otağın kiçik pəncərəsindən düşən günəş şüasının təsirindən oyanıb, gərnəşir. Molla əlində əsası, başında əmmaməsi, çiynində əbası bu mənzərəni seyr edir.
2-ci nömrəsi "Molla Nəsrəddin"in 2-ci nömrəsi 2.000 nüsxə tirajla çıxdı. "İrşad" və "Baku" qəzetlərinin yazdığına görə jurnalın şəkillərinin qırmızı rəngdə olması Bakı polis idarəsini bərk təşvişə saldı. Bakı polis idarəsi bolşevizmin mahiyyətinin qırmızı rəngdə təcəssüm olunmasını əsas gətirib, "Molla Nəsrəddin"in ikinci sayını bütövlükdə müsadirə etdi. Üzeyir Hacıbəyov "İrşad" qəzetində "Ordan-burdan" başlığı altında bu müsadirənin yığcam şərhini vermiş, axırda yazmışdı:
Nəriman Nərimanov isə "Molla Nəsrəddin"in polislər tərəfindən müsadirəsinə lakonik və konkret qiymət vermişdir:
"Molla Nəsrəddin" Azərbaycanın ictimai-siyasi həyatında kəskin ideoloji mübarizələr getdiyi dövrdə öz mövqeyi və hadisələrə fərqli yanaşma tərzi ilə seçilir, müxtəlif rubrikalar altında gülməli xəbərlər verirdi. "Bilməli xəbərlər", "İçəri xəbərlər", "Məzəli xəbərlər", "Teleqraf xəbərləri", "Qafqaz xəbərləri", "Ticari və ekoloji xəbərlər" başlıqları altında yazılar dərc edilirdi. Məcmuə əməkdaşları bu xəbərləri hazırlayarkən, asan qavranılsın deyə, xalq yaradıcılığının imkanlarından istifadə edirdi. Atalar sözü, tapmaca, bayatı "Molla Nəsrəddin"in səhifələrində dövrün reallıqlarına uyğun yeni məna kəsb edirdi.
Məcmuədə satirik şeir və hekayə formalarından əlavə, açıq məktub, satirik dialoq, tapmaca, elan, teleqraf və lüğət formalarına da müraciət edilirdi ki, bu da jurnalistikada yeni bir istiqamət kimi qəbul edilir.
Müvəqqəti bağlanması "Molla Nəsrəddin"in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci ilin iyunun 8-də Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verdi və bu xəbər xalq arasında böyük narazılıqlara səbəb oldu. Bakıdan, Şəkidən, Zaqafqaziyanın bir sıra başqa yerlərindən Tiflisə jurnalın nəşrinin bərpasını tələb edən məktublar gəlirdi.
Qəzetlər etiraz bildirən məktublar çap edirdilər. "İrşad" qəzeti "belə düz məsləkli qəzetin meydandan çıxarılmasına" təəssüfləndiyini bildirmişdi. Qəzetdə Ömər Faiq Nemanzadənin "Molla Nəsrəddin" sərlövhəli məqaləsi çap olunmuşdu. Müəllif jurnalın bağlanmasına səbəbkar olan mühafizəkar və cəhalətpərəst ruhaniləri kəskin tənqid edirdi. Hökumət xalqın tələbləri qarşısında jurnalın bərpasına icazə verdi.
Qısa fasilədən sonra jurnalın 23-cü nömrəsi 1907-ci il iyulun 25-də çıxdı. 1908–1909-cu illərdə bir neçə dəfə "Molla Nəsrəddin" jurnalını bağlamağa təşəbbüslər edildi. Jurnalın redaktoru və əməkdaşları haqqında irticaçı qüvvələr danoslar yazır, burjua mətbuatında məqalələrlə çıxış edirdilər. Ömər Faiq Nemanzadəni 9 gün həbsdə saxladılar. 1908-ci ilin fevralında Mirzə Cəlilin öldürülməsi haqqında şayiələr yaydılar. Belə şayiələr yayanlara "İrşad" qəzeti çox tutarlı cavab vermişdi:
"Molla Nəsrəddin"i bağlatdırmağa səy göstərən mürtəce qüvvələrə qarşı "Baku" qəzetində dərc olunmuş 12 nəfərin kollektiv məktubu maraqlıdır. Məktubu imzalayanların arasında Qəzənfər Musabəyovun, Mirhəsən Vəzirovun və b. imzası vardır. Məktubun bir yerində deyilir:
İnqilabi hərəkat 1909-cu ilin may ayında Mirzə Cəlilin qardaşı Ələkbər Təbrizdəki inqilabi hərəkatda iştirakına görə həbs edildi. Bir neçə mətbu orqan, o cümlədən "Tərəqqi" qəzeti onun inqilabi fəaliyyətini yüksək qiymətləndirdi. R. Nəcəfov xatirələrində bu barədə yazır:
"Molla Nəsrəddin"i idarə etmək üçün onu əvəzləyəcək şəxsin Naxçıvanda Məmmədəli Sidqi olacağını düşünən C. Məmmədquluzadə 1910-cu il iyunun 9-da M. Sidqiyə belə bir məktub yollayır:
Mirzə Cəlilin təklifini qəbul edən Sidqi Tiflisə gəldi, iyul ayının əvvəllərindən redaktor vəzifəsini yerinə yetirdi. Jurnalın iyul-avqust nömrələrinin qeyri-rəsmi redaktoru Məmmədəli Sidqi oldu. C. Məmmədquluzadə 1910-cu il sentyabrın 16-da Tiflis qubernatoruna ərizə yazaraq jurnalın redaktorluğunu müvəqqəti olaraq M. Sidqiyə tapşırmağı xahiş etdi. Ərizəyə baxılana qədər jurnalın nəşri müvəqqəti dayandırıldı. Jurnalın həmin ildə çıxan 35-ci nömrəsi ilə 36-cı nömrəsinin arasında təxminən bir ay fasilə oldu. Noyabrın 5-də M. Sidqi müvəqqəti redaktor təsdiq edildi və 1911-ci il martın axırınadək bu vəzifəni yerinə yetirdi.
1912–1913-cü illər Daim təhdid və təzyiqlərə məruz qalan "Molla Nəsrəddin"ə qarşı 1911–1912-ci illərdə senzor hücumları yenidən kəskinləşdi. Redaktorlardan kəskin yazılar yazılmayacağı ilə bağlı alınan iltizamlar jurnalın müntəzəm nəşr olunmasına çətinliklər yaradır, mənfi təsir edirdi. 1912-ci ilin martından C. Məmmədquluzadə jurnalın nəşrini uzun müddətə dayandırdı və "Molla Nəsrəddin"in bərpası 1913-cü il yanvar ayının 13-dən sonra mümkün oldu. Əliqulu Qəmküsar redaktor köməkçisi təsdiq olundu.
Birinci Dünya müharibəsi dövründə Birinci Dünya müharibəsi ərəfəsində vəziyyətin kəskinləşməsi "Molla Nəsrəddin"in nəşrinin müvəqqəti dayanmasına səbəb oldu. Bu barədə C. Məmmədquluzadə 1914-cü il noyabr ayının 17-də Tiflis Mətbuat İşləri Komitəsinə göndərdiyi ərizəsində yazırdı:
Həmin dövrdə jurnalın redaktor köməkçisi olan Əliqulu Qəmküsar "Bəsirət" qəzetinin müxbiri ilə müsahibəsində bu barədə deyir:
Bu uzun fasilədən sonra jurnal 1917-ci il fevralın 9-dan çapını yenidən bərpa etdi.
1917-ci il Uzun fasilədən sonra jurnal 1917-ci il fevralın 9-dan çapını yenidən bərpa etdi. Rus imperiyası daxilində baş verən inqilabi proseslər, xalqların öz müqəddəratını təyinetmə arzuları "Molla Nəsrəddin"çiləri, o cümlədən C. Məmmədquluzadəni düşündürməyə bilməzdi. C. Məmmədquluzadənin 1917-ci ilin noyabrında dərc olunan "Azərbaycan" məqaləsi bu istəkdən doğurdu.
"Cümhuriyyət" adlı məqaləsində çarizmin süqutunun obyektiv tarixi proses olduğunu yazan C. Məmmədquluzadə xalq hakimiyyəti və demokratik respublika qurulmasının vacibliyini irəli sürürdü:
1918-ci ilin yanvarında ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq jurnal yenidən nəşrini dayandırdı. Həmin ilin sentyabr ayında Tiflisdə Ə. Qarayevin redaktorluğu altında çıxan "Tartan-partan" jurnalı "Molla Nəsrəddin"in yoxluğuna işarə ilə deyirdi:
Mirzə Cəlil 1918–1920-ci illərdə yoldaşı Həmidə xanım Cavanşirlə birlikdə Qarabağa getdi və bir müddət Kəhrizli kəndində yaşadı. Xalq Cümhuriyyəti quruculuğu prosesində bilavasitə iştirak etmədi.
Təbriz dövrü 1920-ci ildə Cəlil Məmmədquluzadə öz ailəsi ilə köçüb İrana, Cənubi Azərbaycana getdi və o, 1921-ci ilin fevralında "Molla Nəsrəddin"in nəşrini Təbrizdə yenidən bərpa etdi. Təbrizdə jurnalın 8 nömrəsi işıq üzü gördü.
Tədqiqatçı Qulam Məmmədli öz müsahibələrinin birində "Molla Nəsrəddin"in Təbriz nəşrinə aydınlıq gətirərək yazırdı ki, C. Məmmədquluzadə ailəsi ilə birlikdə Cənubi Azərbaycana köçdükdən sonra jurnalın çapını bərpa etmək istəyir. Onun "Molla Nəsrəddin"i azərbaycanca nəşr etmək istəyinə İran hökuməti icazə verməmişdi ki, gərək farsca çap olunsun. Mirzə Cəlil isə İran hökumətinin bu tələbi qarşısında söyləmişdi:
C. Məmmədquluzadənin bu sərt münasibəti jurnalın Təbrizdə ana dilində nəşrinə səbəb oldu.
Bakı dövrü Sovet hökumətinin təşəbbüsü ilə 1922-ci ilin iyununda "Molla Nəsrəddin"in nəşri Bakıya köçürülmüş və jurnal 1931-ci ilə qədər burada çıxmışdır. C. Məmmədquluzadə ilə danışıqlar aparanlar onu Təbrizdən Bakıya köçüb, jurnalın sərbəst şəkildə çapının həyata keçirilməsinə kömək göstəriləcəyinə inandırdılar. Bakıya gəldikdən sonra isə Mirzə Cəlil vəziyyətin tamamilə dəyişdiyini, verilən vədlərin doğru olmadığını gördü. Qulam Məmmədli "Molla Nəsrəddin"in sovet dövrünü öz müsahibəsində belə təsvir edir:
Jurnalın Sovet Azərbaycanında ilk nəşri 1922-ci ilin noyabrında həyata keçirildi. Bu nömrədə "Bakı nefti" adlı şeir və karikatura verilmişdi. Əli vedrəli, bankəli, qab-qacaqlı kim varsa, bu neft inəyinə hücum edib, onu sağmaq istəyir. "Hücumçular" qismində isə İngiltərə, Fransa, İtaliya, ABŞ və Rusiya kimi dövlətlər idi. Karikaturanın dərci böyük hay-küyə səbəb oldu. Sorğu-sual başlanılanda Mirzə Cəlil demişdir:
Jurnalın ideya-siyasi istiqamətləri barəsində Mərkəzi Komitənin səlahiyyət sahibləri ilə Mirzə Cəlil arasında çox dialoqlar, "tərbiyəvi söhbətlər" aparılsa da, o öz fikrindən dönmədi. Belə bir vəziyyətdə məcmuənin nəşrinin M. S. Ordubadinin nəzarəti altında həyata keçirilməsi qərarlaşdırıldı. M. Cəlilin xəbəri olmadan buraxılan saylarda baş redaktor kimi yenə də onun adı yazılırdı. Bunu qəbul etməyən Mirzə Cəlil M. S. Ordubadiyə yazırdı: