Ağqoyunlu hökmdarlarının siyahısı — oğuz mənşəli Bayandurlar sülaləsinə mənsub olan hökmdarların siyahısı. Ağqoyunlu hökmdarlarının idarəsi altında imperiyanın sərhədləri ən qüvvətli dövrlərində şimalda Rusiya, cənubda Fars körfəzi, şərqdə İran Xorasanı, qərbdə Türkiyə və Suriyaya qədər uzanıb. Ağqoyunlu tayfa ittifaqının əsasını Pəhləvan bəy qoymuşdur. 1401-ci ildə Osman bəy tərəfindən mərkəzi Diyarbəkir şəhəri olan Ağqoyunlu bəyliyinin əsası qoyulmuşdur. 1468-ci ildən isə Uzun Həsən tərəfindən Ağqoyunlu imperiyasının əsası qoyulmuş və mərkəzi Təbriz şəhəri olmuşdur.
1387-ci ildən 1508-ci ilə qədər Ağqoyunlular 20 hökmdar tərəfindən idarə olunmuşlar. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlular arasında başlayan taxt mübarizəsi ölkənin süqutuna gətirib çıxarmışdır. Gödək Əhmədin ölümündən sonra ölkə Əbhər sülh müqaviləsi ilə Əlvənd mirzə və sultan Murad arasında 2 yerə bölündü. 1501-ci ildə Əlvənd mirzəni və 1503-cü ildə sultan Muradı məğlub edən I şah İsmayıl tərəfindən 1508-ci ildə Ağqoyunluların hakimiyyətinə tamamilə son qoyuldu. Beləliklə, Ağqoyunluların süqutu ilə onun yerində Səfəvilər imperiyasının əsası qoyuldu.
Ağqoyunlularda hökmdar thumb|250px|Ağqoyunlu imperiyası ən qüdrətli dövrlərində (1478). Ağqoyunlu hökmdarlarının titulları Uzun Həsənin dövrünə qədər "bəy" olmuşdur. Uzun Həsən Qaraqoyunluları və Teymuriləri məğlub edərək "imperiya" qurduqdan sonra hökmdarlara bəydən başqa "padşah" və "sultan" da deyilməyə başlandı., pp. 193, 274, 315, 330, 332, 422 and 430. See also: Abdul Hussein Navai, Asnaad o Mokatebaat Tarikhi Iran (Historical sources and letters of Iran), Tehran, Bongaah Tarjomeh and Nashr-e-Ketab, 2536, pages 578,657, 701–702 and 707H. R. Roemer, "The Safavid Period", in ''Cambridge History of Iran'', Vol. VI, Cambridge University Press 1986, p. 339. Ağqoyunlu hökmdarı qeyri-məhdud hakimiyyətə malik idi. O, ordunun komandanı idi və qanunlarda, sosial, iqtisadi sahədə istədiyi qərarı qəbul edə və dövlət məmurlarının təyin edə və azad edə bilərdi. Hökmdarın verdiyi əmrlər "fərman" sayılırdı və katiblər tərəfindən yazılırdı. Fərmanların üzərində hökmdarın möhürü olurdu. Ağqoyunlu hakimiyyəti mütləq monarxiya ilə idarə edilirdi. Ağqoyunlu hökmdarlarının məşvərətçi orqanı olan "divan" mövcud idi. Ancaq son qərarı hökmdar verirdi.
Ən çox hakimiyyətdə olan Ağqoyunlu hökmdarı Osman bəy olmuşdur. Belə ki, Osman bəy 32 il hakimiyyətdə olmuşdur. Ən az hakimiyyətdə olan hökmdar isə sultan Xəlil olmuşdur. O, 1478-ci ilin qış və yay aylarında hakimiyyətdə olmuşdur.
Hökmdarların siyahısı — hökmdar taxtda olmasına baxmayaraq hakimiyəti əlində tam cəmləşdirə bilməyib. — müstəqilliyini hər hansı bir vilayətdə elan edib, bütün ölkə ərazisində hökmdar deyil.
Quruluş dövrü Titul Ad Hakimiyyət illəri QeydlərBəy Pəhləvan bəy? — 1340 İdris bəy Bayandurun oğlu, Bayandur elinin başçısı. 1340-cı ildə Diyarbəkirdə vəfat etmişdir.Bəy Turəli bəy Əl-əd-Din1340–1362 Pəhləvan bəyin oğludur. Bayburtda doğulmuşdur. 1362-ci ildə vəfat etmişdir.Bəy Qutlu bəy Fəxr-əd-Din 1362–1389 Turəli bəyin oğlu. 1389-cu ildə vəfat etmişdir. Məzarı Bayburtdadır.Bəy Əhməd bəy 1389–1403 Qutlu bəyin oğlu. 1396-cı ildə Osman bəy Qazi Bürhanəddinin də köməyi ilə Əhməd bəyi hakimiyyətdən saldı və faktiki olaraq Ağqoyunluların başçısı oldu.John E. Woods, 300 Yıllık Türk İmparatorluğu Akkoyunlular , Aşiret, Konfederasyon, İmparatorluk, çev. Sibel Özbudun, Milliyet yay., İstanbul, 1993. s.79. Əhməd bəy 1403-cü ildə Paluda vəfat etdi.
Bəylik dövrü Titul Ad Hakimiyyət illəri QeydlərBəy Osman bəy Baha-əd-Din 1403–1435 Fəxrəddin Qutlu bəyin və Trabzon şahzadəsi Maria Komnenosun oğlu. 1399-cu ildən Əmir Teymur ilə müttəfiq oldu və Əmir Teymur tərəfindən Diyarbəkir mərkəz olmaqla bir çox əraziyə hakim təyin edildi. Onun dövründə Ağqoyunlular geniş ərazilər ələ keçirərək bəyliyə çevrildilər. 1402-ci ildə Ankara döyüşündə öz qüvvələri ilə Əmir Teymurunun tərəfində döyüşmüşdür. 1435-ci ilin avqustunda Ərzurum yaxınlığında Qaraqoyunlular döyüşdə, 80 yaşlı Osman bəy atdan yıxılaraq vəfat etdi. O, Ərzurumda dəfn edildi.Toksoy, A., "Akkoyunlular ve Erzincan (Uzun Hasan Devrine Kadar)", Türklük Bilimi Araştırmaları, Sayı:35, Yıl:2014.Bəy Əli bəy Cəlal-əd-Din 1435–1438 Qara Yuluq Osmanın böyük oğlu. 1438-ci ildə Həmzə bəy Bayandur tərəfindən hakimiyyətdən salındı. Əli bəy 1444-cü ildə Hələbdə vəfat etdi. Bəy Həmzə bəy Nur-əd-Din 1438–1444 Qara Yuluq Osmanın oğlu. Hərbi uğurlarına görə ona "Ulu Bəy" adı verilmişdi. Həmzə bəy 1444-cü ildə Əli bəyin ölümündən bir az sonra xəstələnərək öldü.Bəy Cahangir mirzə Mu'izz-əd-Din 1444–1453 Cəlaləddin Əli bəyin və Sara xatunun oğlu.Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000, səh 40. 1450–1451-ci illərdə Qaraqoyunlularla müharibədə məğlub olması Ağqoyunlular arasında nüfuzuna böyük zərbə vurdu. 1452-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şah ilə sülhə razılaşması isə kiçik qardaşı Uzun Həsən və onun ətrafında birləşən əyanlar tərəfindən narazılıqla qarşılandı və 1453-cü ildə Uzun Həsən tərəfindən taxtdan salındı.Bəy Qılınc Arslan 1453–1457 Qara Yuluq Osmanın qardaşı Əhməd bəyin oğlu. Paluda müstəqil hakimiyyət sürürdü. Qara İsgəndərin dəstəyi ilə Ağqoyunlu hakimiyyətini tam ələ keçirmək istəsə də, uğur əldə edə bilmədi. Uzun Həsən tərəfindən məğlub edildi.
İmperiya dövrü Şəkil Titul Ad Hakimiyyət illəri Qeydlər Bəy padşah sultan Uzun Həsən Əbül-Nasr 1453–1478 Cəlaləddin Əli bəyin və Sara xatunun oğlu. 1423-cü ildə Diyarbəkirdə doğulmuşdur. 1453-cü ildə qardaşı Cahangir mirzəni devirərək Ağqoyunlu bəyliyində hakimiyyəti ələ keçirmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunlu hökmdarı Cahan şahıPeter Jackson, Lawrence Lockhart (1986). The Cambridge History of Iran, Volume 6. Cambridge University Press, 173. ISBN 9780521200943. və 1468-ci ildə Cahan şahın oğlu Həsənəlini Xoy döyüşündə məğlub edərək Qaraqoyunluların İran, İraq və Şərqi Anadoludakı ərazilərini ələ keçirdi. 1469-cu ildə isə Teymuri Əbu Səidi Mahmudabad döyüşündə məğlub edərək, Teymuriləri Xorasana sıxışdırdı. Beləliklə, Ağqoyunlu bəyliyini imperiyaya çevirdi. 6 yanvar 1478-ci ildə Təbrizdə vəfat etmişdir.150px|Bəy padşah sultan Sultan Xəlil Əbül-Fəth 1478 Uzun Həsənin və Səlcuqşah bəyimin oğlu. Hakimiyyətə gəlməzdən öncə Fars vilayətinin hakimi idi Uzun Həsəndən sonra Ağqoyunlu taxtına keçmişdir və atasının mərkəzləşdirmə siyasətini davam etdirmişdir. Mərkəzləşdirmə siyasətini bəyənməyən əyanlar bundan narazılıq etdilər. Bu səbəbdən əyanlar sultan Xəlilin qardaşı Yaqub bəyə (gələcəkdə sultan Yaqub) dəstək verərək qiyam qaldırdılar. 1478-ci ilin iyulunda Xoy döyüşündə Yaqub bəy və dəstəkçiləri tərəfindən məğlub edildi və öldürüldü.150px|Bəy padşah sultan Sultan Yaqub Əbül-Müzəffər 1478–1490 Uzun Həsənin və Səlcuqşah bəyimin oğlu. Böyük qardaşı sultan Xəlili devirərək hakimiyyətə gəlmişdir. 24 dekabr 1490-cı ildə Qarabağda vəfat etmişdir. Ölkə daxilində sabitliyi təmin etməyi bacaran son hökmdar olmuşdur. Ölümündən sonra şahzadələr arasındakı taxt-tac mübarizəsi Ağqoyunluların süqutuna qədər davam etmişdir.150pxBəy padşah sultan Sultan Baysunqur Əbül-Fəth 1490–1492 Sultan Yaqubun və Gövhər sultanın oğlu Atasının ölümündən sonra, 9 yaşında Sufi xəlil Mosullu tərəfindən taxta çıxarılmışdı. 1492-ci ildə əmisi oğlu Rüstəm bəy (sonradan sultan Rüstəm) tərəfindən Təbriz yaxınlığında darmadağın edildi və babası şirvanşah I Fərrux Yasara sığındı. Baysunqur Şirvanşahlardan dəstək alaraq hakimiyyətini bərpa etməyə cəhd göstərsə də, 1492-ci ildə Bərdə ilə Gəncə arasında Rüstəmlə döyüşdə həlak oldu.150pxBəy padşah sultan Sultan Rüstəm Əbül-Müzəffər 1493–1497 Uzun Həsənin nəvəsi və Maqsud mirzənin oğludur. 1490-cı ildə sultan Baysunqur tərəfindən həbsə atılmışdır. 1492-ci ildə Eybə Sultanın dəstəyi ilə həbsdən çıxaraq Baysunquru taxtdan salmışdır. 1497-ci ildə əmisi oğlu Gödək Əhməd və onun tərəfinə keçən Eybə Sultan başda olmaqla, sərkərdələri tərəfindən məğlub edildi və Gürcüstana qaçdı. Orada öldürüldü.150pxBəy padşah sultan Gödək Əhməd Əbül-Nəsr 1497 Uğurlu Məhəmmədin və Gövhər sultanın oğlu. Osmanlı hökmdarı II Mehmedin və Uzun Həsənin nəvəsi. Eybə Sultanın köməyi ilə 1497-ci ildə hakimiyyətə gəlmişdir. Mərkəzləşdirmə siyasətinə qarşı əyanların müqaviməti ilə üzləşmiş və 1497-ci ilin 13 dekabrında İsfahan yaxınlığındakı döyüşdə məğlub oldu və öldürüldü. Onun ölümündən sonra Ağqoyunlu imperiyası parçalandı. Ağqoyunluların parçalanması150px| Bəy padşah sultan Əlvənd mirzə Əbül-Müzəffər 1498–1501 Uzun Həsənin nəvəsi və Yusif bəy Bayandurun oğlu. 1498-ci ildə Eybə Sultan başda olmaqla və bir neçə sərkədənin də dəstəyi ilə Təbrizdə sultan elan edildi. Hakimiyyət iddiaçısı olan qardaşı Məhəmməd mirzə ilə mübarizədə Eybə Sultanın öldürülməsindən sonra Diyarbəkirə çəkilsə də, Mosullu tayfasının dəstəyi ilə yenidən hakimiyyəti ələ keçirdi. Ancaq digər rəqibi Murad mirzə (sonradan sultan Murad) ilə mübarizədə hər iki tərəfin üstünlük əldə edə bilməməsindən sonra Əbhər sülh müqaviləsi imzalandı və Ağqoyunlu imperiyası iki şahzadə arasında bölüşdürüldü. 1501-ci ildə Şərur döyüşündə şeyx İsmayıla (sonradan I şah İsmayıl) məğlub olduMinorsky V. La Perse au XV-e siècle entre La Turque et Venise, Paris, 1933, səh. 60–61 və Ərzincana qaçdı. Azərbaycandakı hakimiyyətini itirdikdən sonra Diyarbəkirdəki Qasım bəy ilə mübarizə apardı və onu məğlub etdi. Sonrakı hakimiyyətini Diyarbəkir və ətraf ərazilərdə sürdürdü. 1505-ci ildə Mardində vəfat etdi.150pxBəy padşah sultan Məhəmməd mirzə Əbül-Mükərrəm 1497–1499 Uzun Həsənin nəvəsi və Yusif bəy Bayandurun oğlu. Eybə Sultanın qardaşları Nurəli və Əşrəf tərəfindən dəstəklənərək 1498-ci ildə Fars vilayətində sultan elan edildi. 1499-cu ildə Eybə Sultanın başçılıq etdiyi Əlvənd mirzənin ordusunu məğlub etdi və döyüşdə Eybə Sultan öldürüldü. Beləliklə, Təbrizə daxil olmağı bacardı. Lakin sonradan Əlvənd mirzə yeni qüvvə toplayaraq onu məğlub etdi və Məhəmməd mirzə yenidən Fars vilayətinə çəkildi. 1500-cü ildə sultan Murad və tərəfdarları tərəfindən məğlub edildi və öldürüldü.150pxBəy padşah sultan Sultan Murad Əbül-Müzəffər 1500–1508 Sultan Yaqubun və Gövhər sultanın oğlu. 31 iyul 1490-cı ildə Təbriz şəhərində dünyaya gəlmişdir. 1498-ci ildə Əlvənd mirzə tərəfindən həbsə atılmışdır. Eybə Sultanın qardaşları Marağa hakimi Gözəl Əhməd və Fərruxşad tərəfindən dəstəklənərək Fars vilayətinə aparılmış və sultan elan edilmişdir. 1500-cü ildə Məhəmməd mirzəni məğlub etmiş və Fars vilayətini ələ keçirmişdir. Lakin Əlvənd mirzə ilə mübarizədə qalibiyyət əldə edə bilmədi. Bu səbəbdən 1500-cü ildə Əbhər sülh müqaviləsi bağlandı və Ağqoyunlu imperiyası iki yerə bölündü. 21 iyun 1503 Almabulağı döyüşündə I şah İsmayıla məğlub oldu və İsfahan, Şiraz, Yəzd və Kirman Səfəvi hakimiyyətinə keçdi. 1508-ci ilə qədər Bağdad ətrafında hökmdarlıq etsə də, həmin ildə I şah İsmayılın Bağdada hücumunu eşidib Zülqədəroğullarına, sonra isə Osmanlılara sığındı. 1518-ci ildə Urfada öldürüldü.
Diyarbəkir hökmdarları Titul Ad Hakimiyyət illəri QeydlərBəy sultan padşah Sultan Qasım 1496–1501 Uzun Həsənin qardaşı Cahangir mirzənin oğlu. 1496-cı ildə Diyarbəkir və ətraf ərazilərə hakim təyin olunmuş və müstəqil hakimiyyət sürmüşdür. Qasım bəy öz adına pul kəsdirmiş və Mardini paytaxt etmişdir. 1501-ci ildə Şərur döyüşündə məğlub olan Əlvənd mirzə sultan Qasımdan torpaq tələb etmişdir. Bunu qəbul etməyən sultan Qasım Əlvənd mirzə tərəfindən Mardin yaxınlığında məğlub edilmiş və öldürülmüşdür. Əlindəki torpaqlarda isə Əlvənd mirzə hökm sürməyə başlamışdır.Bəy sultan padşah Zeynalabidin bəy 1505–1508 Gödək Əhmədin oğlu. 1505-ci ildə Əlvənd mirzənin ölümündən sonra Diyarbəkir ətrafında hakimiyyətə gəlmişdir. Zeynalabidin bəy hakimiyyətini möhkəmləndirmək üçün uzun müddət Diyarbəkir hakimi olan Əmir bəy Mosullunu həbs etdirdi və ətraf ərazilərə yürüşlərə başladı. Lakin Əmir bəy həbsdən çıxdı və Zeynalabidin bəyi məğlub edərək əsir aldı.