Şirman binası () — Rostov-na-Donu şəhərinin ərazisində, mühəndis Arutyan Xristoforoviç Zakievin layihəsi əsasında 1911-ci ildə inşa edilmiş bina. Bina Voroşilov prospekti, Suvorov küçəsində yerləşir. Şirman binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir.

Tarixi Gəlirli ev olaraq bina mühəndis Arutyan Xristoforoviç Zakievin layihəsi əsasında 1911-ci ildə inşa edilmişdir. 1920-ci ildə sovet hökuməti qurulduqdan sonra bina milliləşdirildi və "Mətbəə evi" kimi istifadə edilir. Burada Rostov proletar yazıçıların assosasiyası və "Molot qəzeti" işçiləri fəaliyyət göstərmişdir. 1922-ci ildə Rostovda ilk pioner dəstəsi olan "Spartak" qurulmuşdur. 28 noyabr 1926-cı ildə "Mətbəə evində" Vladimir Vladimiroviç Maykovski çıxış etmişdir. Böyük Vətən müharibəsi öncəsi bina SSRİ. təhlükəsizlik orqanlarının balansında olur. Müharibədən sonra "Yujnaya" mehmanxanası, birinci mərtəbədə kukla teatrı yerləşirdi. Hazırda binada "Rostov-na-Donu Qazprom regionlararası" QSC ofisi yerləşir. Qeyri-rəsmi məlumatlara görə Fütbol üzrə 2018-ci il dünya çempionatı zamanı binada dördulduzlu otel açılacaqdır.

Arxitektura Kərpiçdən inşa edilən bina modern stilində malikdir. Fasad hissəsinə qara suvaq vurulmuşdur. Binanın girəcəyi Voroşilov prospekti və Suvorov küçəsinə açılır.

Memorial lövhə 1983-cü ildə binanın fasadında lövhə quraşdırılmışdır:

Digər lövhədə isə yazılır:

İstinadlar

Kateqoriya:Rostov-na-Donunun görməli yerləri Kateqoriya:Rostov-na-Donu tikililəri