Yekaterina Aleksandrovna Osadçaya (; d. 12 sentyabr 1983, Kiyev) — Ukrayna jurnalisti və model və teleaparıcı. "1+1" telekanalında yayımlanan "Kübar həyat" () verilişinin aparıcısıdır. Gənclik illərində (13–18 yaşları arasında) Qərbi Avropada modellik sahəsində çalışmış, 18 yaşından sonra yenidən Ukraynaya qayıtmışdır.
Həyatı thumb|left|Yekaterina Osadçaya 1-ci Odessa Beynəlxalq Film Festivalında (2010) thumb|300px|Yekaterina Osadçaya Dmitri Şurovla Ukrayna Yaşıl Teatrında (2014) Yekaterina Osadçaya 12 sentyabr 1983-cü ildə Kiyevdə anadan olmuşdur. Atası Aleksandr Vladimiroviç Osadçi "Kiyevcihaz" Dövlət İstehsalat Birliyi Müəssisəsinin baş direktorudur. Anası evdar qadındır, ixtisasca kitabxanaçıdır. Yekaterinanın özündən bir neçə yaş kiçik qardaşı da var.
Məktəbdə oxuduğu illərdə Yekaterina musiqi və rəqslə də məşğul olur, "Şahinlər" rəqs ansamblında çıxış edirdi. 13 yaşında olarkən peşəkar model karyerasına başlamış və "Bagira" model agentliyi məktəbini bitirmişdir. 14 yaşında – 9-cu sinfi bitirdikdən sonra üç ay müddətinə Tokioda çəkilişlərə qatılmışdır.Катя Осадчая: "Я не топ-модель" , TV. UA (05.08.2010) Sonralar onun Almaniya, İngiltərə və Fransada da çəkilişləri olmuşdu. Parisdə gərgin çəkiliş qrafiki olan Yekaterina, məktəb buraxılış imtahanlarını ekstern üsulu ilə vermişdir.
18 yaşında olarkən Yekaterina modellik fəaliyyətinə yekun vurub Ukraynaya qayıdır. Ukrayna xalq deputatı Oleq Polişşukla ailə həyatı qurmuş və 2002-ci ildə onların İlya adlı oğlu dünyaya gəlmişdir. Hələ hamiləlik dövründə Yekaterina özünü televiziya jurnalistikası sahəsinə həsr etməyə qərar verir. Ukrayna dilini zəif bildiyindən övladının anadan olmasından dörd ay sonra nitq, tələffüz və səs quruluşu vərdişlərinə yiyələnmək üçün xüsusi müəllimlə məşğul olur.Катя Осадчая: Вижу цель — не вижу препятствий , Единственная (06.12.2010) Taras Şevçenko adına Kiyev Milli Universitetinin tarix fakültəsini qiyabi bitirmişdir.Катя Осадчая: "Даже в самой сумасшедшей шляпке чувствую себя комфортно" , KP. UA (21.05.2010)Ведущая программы "Светская жизнь" на Первом национальном Катя ОСАДЧАЯ: "Екатерина Ющенко пообещала подарить мне все свои шляпки" , Бульвар Гордона (29.05.2007)
Telejurnalist kimi ilk təcrübəsini Ukraynanın Birinci milli telekanalında () ştatdankənar müxbir kimi əldə etmişdir. 2005-ci ildə Yekaterina sınaqlardan uğurla keçərək ТОНІС telekanalında "Kübar salnamələr" () layihəsinin aparıcısı olur. 2007-ci ildə Birinci kanalda "Kübar həyat" () verilişinin aparıcısı təyin edilir.Катя Осадча йде з ТОНІСа і 3 березня з'явиться на Першому національному , Телекритика (15.02.2007) 2008-ci ilin avqustunda bu proqram "1+1" telekanalında efirə çıxmağa başladı.Катя Осадча переходить на "1+1" , Телекритика (15.08.2008)
2009-cu ildə "1+1" telekanalında "Sənin üçün rəqs edirəm" () proqramının ikinci mövsümündə Andrey Krısla birlikdə iştirak etmişdir.Телеведущая Катя ОСАДЧАЯ: "Готова репетировать даже в самолете" , KP. UA (28.02.2009) 2012-ci ildə "1+1" telekanalında yayımlanan "Ukraynanın səsi" () şousunun aparıcısı olur.Катя Осадча стане ще однією ведучою "Голосу країни" , Телекритика (11.07.2011) Elə həmin ildə telekanalın "Səs. Uşaqlar" () adlı yeni layihəsi başlayır. Bu layihədə Yekaterinanın aparıcı kimi rolu dəyişir və o, artıq uşaqların səhnəarxası məqamlarında onlara dəstək göstərir.
Şəxsi həyatı Yekaterina Osadçaya 2001-ci ildə Ukraynanın Yaşıllar partiyasının xalq deputatı, iş adamı Oleq Polişşukla ailə həyatı qurmuşdur. 2002-ci ilin sentyabrında bu onların İlya adlı oğlu dünyaya gəlmişdir. Cütlük 2004-cü ildə boşanıb.Катерина Осадча: "Я взагалі нічого не боюсь" , ТелеПростір (04.05.2012)
2017-ci ildən teleaparıcı və aktyor Yuri Qorbunovla ailəlidir. 18 fevral 2017-ci ildə cütlüyün İvan adlı oğlu dünyaya gəlib.
Mükafat və nailiyyətlər 2007-ci ildə "Fokus" jurnalının açıqlamasına əsasən, "Ukraynanın 100 ən nüfuzlu qadını" siyahısında 96-cı; 2013-cü ildə isə 64-cü yerləri qazanıb. 2009-cu ildə "Afişa" qəzetinin açıqlamasına görə, "Kiyevin siması" sorğusunda 6-cı yerə sahib olub. 2009-cu ildə Osadçayanın "Royal Ascot" kral at yarışlarında budaq üzərinə qonmuş qarğanı əks etdirən şlyapası Britaniya qəzeti The Daily Telegraph tərəfindən ən qeyri-adi baş geyimi kimi xüsusi qeyd edilmişdir.Катя Осадчая отличилась на знаменитых скачках в Аскоте шляпой-вороной , Корреспондент (22.06.2009)
Parodiya Yekaterina Osadçaya obrazının ən mühüm parçasını qeyri-adi şlyapalar təşkil edir.Катя Осадчая: "Я выношу на поверхность то, о чём говорят в узких кругах" , From-UA (08.06.2007) Onun obrazı "Сказочная Русь" kəskin satirik cizgi serialında Katerina Ostryaçanın prototipi kimi verilmişdi.Владимир Зеленский считает, что у Кати Осадчей длинный нос , Дуся (02.04.2013)
İstinadlar
Xarici keçidlər
Катя Осадчая на 1plus1.ua Блог Кати Осадчей на JetSetter.ua
Kateqoriya:Ukraynanın televiziya aparıcıları Kateqoriya:Kiyevdə doğulanlar Kateqoriya:Qadın jurnalistlər Kateqoriya:Ukrayna jurnalistləri