Hafiz Yusif oğlu Cəfərov () — atıcılıq üzrə Azərbaycanlı məşqçi. Olimpiya çempionu Zemfira Meftahətdinovanın məşqçisi.
Həyatı Hafiz Cəfərov 26 aprel 1946-cı ildə Bakı şəhərində anadan olub. Hafiz Cəfərov 1970-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Fəaliyyəti Hafiz Cəfərov 1976-cı ildən atıcılıq üzrə Azərbaycan yığmasının baş məşqçisidir. Bu müddət ərzində onun tələbələrindən, Valeri Timoxin Dünya Çempionatlarının gümüş medalları qazanıb, Zemfira Meftahətdinova isə Olimpiya çempionu olub.
Hafiz Cəfərov 2000-ci ildə "Şöhrət" ordeninə, 2004-cü ildə "Tərəqqi" medalına, 2008-ci ildə isə "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimləri