Andreyev buxtası — Azov dənizi ərazisində, Taqanroq burnundan bir qədər aralıda, şəhərin ətrafında, Taqanroq metallurgiya zavodu yaxınlığında yerləşən buxta.
Tarixi Taqanroq metallurgiya zavodunun buxtası, hazırda isə Andreyev buxtssı kimi tanınan buxta Bolşaya Çerepaxa çayının Taqanroq körfəzinə tökdüyü lilin hesabına XIX və XX əsrНазаренко В. Историческая справка // ngo-taganrog.ning.com. — 2010. — 14 июня. də meydana gəlmişdir. Əvvəllər bura Taqanroq metallurgiya zavodundan dəmir yolu gəlirdi. Havanda yüklərin yüklənməsi və boşaldılması ilə əlaqədar taxta və dəmir konstruksiyalar mövcud olmuşdur. Buxtaya iri gəmilər yan ala bilirdi. Bura əsasən Kerç dəmir yatağı və Ukrayna ərazisindən dəmir filizi gətirilir.
2015-ci ilin aprelində Andreyev buxtasının adı mətbuat səhifələrinə çıxmışdır. Belə ki tikintidə kran suya aşmışdırЧелнокова В. В Таганроге в бухте Андреева в море упал строительный кран // www.ruffnews.ru. — 2015. — 19 апр.. Kranı idarə edən işçi buxtaya düşmüşdür. Ancaq xoşbəxtlikdən işçilərin elə özləri onu fxilas edərək xəstəxanaya gönrmişlər. İşçi açıq kəllə-beyin travması almışdır.
Buxtanın adı Taqanroq metallurgiya zavodunun adı ilə bağlıdır. 1930-cu illərdə zavod Andreyev adına Taqanroq Dövlət metallurgiya zavodu adlanırdı. Andrev Andreyeviç Andrey görkəmli partiya və dövlət xadimi olmuşdurИ дольше века льётся сталь / Под ред. Н. И. Фартушного. — Ростов-на-Дону: Принт-Сервис, 2006. — 288 с..
Coğrafiyası Andreyev buxtası Taqanroq burnunun şimalında, şəhərin ətrafında, Taqanroq metallurgiya zavodu yaxınlığında yerləşir. Buxtanın sahilində Sosialist küçəsi və Admiral Kreys küçələrinin birləşir.
İstinadlar
Kateqoriya:Azov dənizi körfəzləri Kateqoriya:Avropa körfəzləri