Quşçu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Arpaçayın sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Quşçu xarabası kimi,İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.60 Qafqazın 5 verstlik xəritəsində Quşi formasındaД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.152 qeyd edilmişdir.

Toponim qədim quşçu türk etnonimi245, s.39 əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Sovetinin 12.11.1946-cı il fərmanı ilə adı dəyişdirilərək Keçud qoyulmuşdur.

Əhalisi Kənddə 1897-ci ildə 631 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır.erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91 Azərbaycanlılar ərazidən 1905-1906-cı illərdə kütləvi surətdə deportasiya olunmuşdur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri