Çatqran — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Zəngi çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.81.

Toponim türk dilində «iki çayarası yer»Радлов В.В. Опыт словарья тюркских наречий, т.III, ч.2, СПб, 1905. s.1893, «yarğanın kənarı»Древнетюркский словарь, Л., «Наука», 1969. s.431, «dağın beli, dağ çıxıntısı, iki dərəni birləşdirən yer, yarğanları və dərələri olan alçaq sıra dağ, tirəМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s. 608-609 mənasında işlənən çat sözü ilə «hərbi düşərgə», «həyət», «hasarlanmış, çəpərlənmiş yer», «hasar», «düşərgə», «hərbi düşərgə», «mənzil, ev», «karvansara» mənasında işlənən kuran (>qran) sözününМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s. 317-318 birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Əhalisi Kənddə 1873 - cü ildə 368 nəfər, 1886-cı ildə 413 nəfər, 1897-ci ildə 630 nəfər, 1908-ci ildə 667 nəfər, 1914 - cü ildə 807 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s. 22-23, 106-107.

1918-ci ildə kəndin əhalisi ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 46 nəfər, 1931-ci ildə 88 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.22-23, 106-107.

SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-49 - cu illərdə azərbaycanlılar tarixi-etnik vətənlərindən çıxarılaraq Azərbaycana köçürülmüşdür. Kəndə onların yerinə ermənilər köçürülmüşdür. 2011-ci ildə kəndin əhalisinin sayı 5319 nəfər olub.

İqtisadiyyatı Kənddə asfalt zavodu fəaliyyət göstərir. Zavodun istehsal gücü saatda 110 tondur.

İstinadlar

Kateqoriya:Karbi kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri