Rostov-na-Donu əməliyyatı (1941) — Qırmızı ordunun ilk uğurlu hərbi əməliyyatı. Bu əməliyyat Moskva döyüşü və Elnin döyüşləri ilə eyni dövrlərdə baş vermişdir.
21 noyabr 1941. müharibənin 153-cü günü SSRİ 9-cu ordusu cəbhəsində Arqafenoka — Kuteynikovo istiqamətinə hərəkət edirlər. 56-cı sovet ordusu isə Rostov-na-Donu şəhərini tərk edir. Almanlar şəhəri ələ keçirirlər. 27 noyabr 1941. müharibənin 159-cu günü 37-ci SSRi ordusu sağ falanqadan Stoyanov-Qeneralskoe cəbhəsində hücum əməliyyatına başlamışdır. 37-ci ordu Stoyanov-Qeneralskoe cəbhəsinə Sultan-Salı istiqamətdən Rostovun qərb ərazilərinə, 9-cu ordu isə Rostova Bolşoy Salı istiqamətdən hücuma keçmişdir. 56-cı ordu Rostova üç istiqamətdən hücuma keçmişdi. Sovet ordusunun hücumu ilə almanlar geri çəkilmək məcburiyyətində qalmışdır. Almanlar əsasən 37-ci və 56-cı sovet ordusuna dirəniş göstərmişdir.
28 noyabr 1941. müharibənin 160-cı günü 33-cü moto atıcı polkun 6-cı bölüyü gecə ikən Don çayınını keçir. Rostov şəhərində Teatralnaya meydanında mövqe tutur. Səhərə yaxın isə iki bölükdə Don çayını keçərək Teatralnaya meydanına hərəkət etmişdir.
29 noyabr 1941. müharibənin 161-ci günü Sovet ordusunun əks hücumu ilə Rostov-na-Donu şəhərini azad etmişdir. Elə həmin güncə İosif Stalin Sovet İttifaqı marşalı Semyon Konstantinoviç Timoşenkoya və cənub-qərb cəbhəsinin general-polkovniki Yakov Timofeeviç Çereviçenkoya teleqram göndərmişdir: «Sizi Rostovun alman-faşist işğalçılarından azad edilməsi münasibətilə təbrik edirəm. 9 və 56-cı sovet ordularının generalları Fyodor Mixayloviç Xaritonov və Fyodor Nikitiç Remezovu salamlayıram».
30 noyabr 1941. müharibənin 162-ci günü Sovet ordusu 1-ci tank ordusunu güçləndirilmiş Mius-front cəbhəsinə qədər sıxışdırılmışdır. Burada cəbhə 1942-ci ilin iyul ayına qədər stabil qalmışdır. Mənbə Оперативные карты Южного фронта с 4.11.1941 по 4.12.1941
Kateqoriya:Rostov-na-Donu tarixi Kateqoriya:Böyük Vətən müharibəsinin əməliyyat və döyüşləri Kateqoriya:SSRİ-nin döyüşləri Kateqoriya:Rusiyadakı döyüşlər