Böyük Şəhriyar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 14 km məsafədə, Arazdan axan arxın kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.290 qeyd edilmişdir.
Toponimi Toponim böyük fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 30-cu illərində kənd Şəhriyar-Mets adlandırılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Nalbandyan (erməni şairi) qoyulmuşdur.
Əhalisi 1828–1830-cu illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumata görə əhalisi erməni idi.
İstinadlar
Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri