Urmiya və ya Urmiyə (, ), yerli əhali arasında Urmu () — İranın Qərbi Azərbaycan ostanı və Urmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi, şəhər İranın Azərbaycan və Türkiyə ilə sərhədləri yaxınlığında yerləşir. Urmiya şəhəri dəniz səviyyəsindən yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir.

Urmiya Tehrandan 596 km şimal-qərbdə və Urmiya gölünün qərb sahilindən 17 km məsafədə, Xoy ilə Salmas arasında Nəqədə və Piranşəhrə gedən yolun üzərində yerləşir.

2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır. 2016-cı ildə aparılmış rəsmi siyahıyaalmanın yekunlarına əsasən əhalisinin sayı 736,224 nəfərlə İranda ən çox əhalinin yaşadığı 10-cu şəhərdir. Şəhər sakinləri əsasən Azərbaycan dilində danışan azərbaycanlılardır. Bundan başqa Urmiyada kürd, fars, aysor və erməni azlıqlar da yaşayır. Urmiya şəhəri ölkənin böyük kənd təsərrüfatı mərkəzlərindən biridir. Burada əsasən meyvə və tütün yetişdirilir.

Şəhərin xristian irsi günümüzə qədər qorunub saxlanmışdır. Şəhərdə yerləşən bir çox kilsə və kafedrallar bunun əyani sübutudur. Hələ IX əsrdə şəhərdə müxtəlif dinlərə mənsub insanlar birlikdə yaşayırdılar. Əksər hissəsi müsəlmanlardan ibarət olan şəhər sakinləri bundan başqa xristianlar, yəhudilər, bahailər və sufilərdən təşkil olunmuşdu.

Urmiya sözünün mənşəyi Urmiya adının mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Tarixçi, iranşünas Riçard Nelson Fraya görə Urmiya adı Urartu sözü ilə bağlıdır. Digər bir tarixçi, hindoloq Tomas Burova görə isə Urmiya hind-iran dillərində urmi- “dalğa” və ya urmya “dalğavari” mənasına gəlməkdədir. Yerli assurların dilində mia sözü “su” sözünün qarşılığıdır. Belə nəticəyə gəlmək olar ki, Urmiya qısaca “Su şəhəri” deməkdir. 1921-ci ildə şəhərin adı Urmiya ilə yanaşı həmçinin Urumiya və ya Urmi deyə bilinirdi. Pəhləvi sülaləsinin hakimiyyəti illərində, şəhər Rza şah Pəhləvinin şərəfinə "Rezaiyeh" adlandırılırdı. Tarixi

Qədim dövr Urmiya şəhərinin tarixi çox qədim dövrlərdən bir çox yerli və xarici tarixçilərin diqqətini cəlb etmişdir. Rus şərqşünas Vladimir Minorskiyə görə hələ e.ə 2000-ci illərdə Urmiya düzlüyündə bir sıra yaşayış məskənləri yerləşirdi. Urmiya şəhərinin qədim tarixə malik olması faktını yazılı mənbələrdən əlavə şəhərin özü, habelə onun ətrafından əldə edilən maddi-mədəni abidələr də sübut edir. Urmiya və ona yaxın olan ərazilərdən arxeoloji tədqiqatlar zamanı tuncdan hazırlanmş uzun və gödək qılınclar, üstü naxışlı xəncərlər, ev əşyaları, zinət əşyaları və digər əşyalar əldə edilmişdir. Mütəxəssislərə görə buradan tapılan əşyalar eramızdan əvvəl VII-VI əsrlərə aiddir. Bundan başqa Urmiya ətrafındakı qədim xarabalıqlarda aparılan qazıntılar nəticəsində miladdan əvvəl XX əsrə aid əşyalar aşkar edilmişdir. Urmiya ərazisindən tapılan qiymətli maddi-mədəniyyət nümunələrinin çoxu ABŞ, İngiltərə və Fransa muzeylərində saxlanılır. Bundan başqa bu ərazidən tapılan əşyalar İrane Bastan Muzeyində də özünəməxsus yer tutur.

Qədim dövrlərdə Urmiya gölünün qərb sahili Gilzan adlandırılırdı. IX əsrdə burada müstəqil hakimiyyət bərqərar olmuşdu. Sonralar bu ərazi Urartu və Manna dövlətlərinin tərkibinə daxil edildi. E.ə VIII əsrdə, Midiya dövləti tərəfindən işğal edilənə qədər isə Assur krallığının vassalı oldu. Assur mənbələrində Armait (Urmeyate) qalasının adı Zibia (müasir Ziviyə) qalası ilə birgə çəkilir. Həmin mənbədə Manna dövlətinin paytaxtı olan İzirtu İzirtunun Zibia və Armait qalalarına yaxın yerləşməsi də göstərilmişdir. Assur hakimiyyətinin süqutundan sonra Urmiya şəhəri Parflar və Parslar tərəfindən idarə edilmiş, daha sonra Sasani imperiyasının ərazisinə daxil edilmişdir. 624-626-cı illərdə şəhər Bizans imperatoru İrakli tərəfindən zəbt edilərək qarət edilmişdir. VII əsrdə ərəblərin Azərbaycanı işğalı ilə Urmiya şəhəri də ərəb sərkərdəsi Sədəqə ibin Sədəqə tərəfindən işğal edildi.

Orta əsrlər dövrü Artıq X əsrin ortalarında Urmiya Saları hökmdarı I Cüstan tərəfindən öz torpaqlarına daxil edilib idarəsi isə vəziri Cüstan ibn Şərmzana tapşırıldı. Lakin tezliklə Cüstan ibn Şərmzan I Cüstanın hakimiyyətini tanımadı (957). 960-cı ildə şəhəri möhkəmləndirib Deyləmlilərə qarşı mübarizəyə başlasa da bu mübarizə nəticəsiz qaldı və vəzir Urmiya şəhərinə çəkilməli oldu.

Şəhər XI əsrin II yarısında Rəvvadilər dövlətinin tərkibinə qatıldı. Rəvvadi hökmdarı Əbülhicanın dayısı Təbriz hakimi Vəhsudan ər Rəvvadi tərəfindən 1040-cı ildə bir çox oğuz türkünün qətl edilməsi nəticəsində oğuzlar Urmiyanı tərk edərək Hakkariyə yerləşdilər.

Urmiya və ətrafı XI əsrin ortalarında Səlcuq imperiyasının tərkibinə daxil edildi. Səlcuq sultanı Toğrul bəy Abbasi Xəlifəsinin qızı ilə evlənmək üçün 1063-cü ilin yanvar ayında Urmiyadan Bağdada yola düşmüşdü. Urmiyada Səlcuq hakimiyyətinin ən dəyərli örnəklərindən biri  

Şəhər 1149-cu ildə Məhəmməd Təpərin hakimiyyətində olmuşdur. İraq Səlcuq sultanı II Toğrulun 1189-cu ildə Əmir İzzəddin Həsənin yardımı ilə Uşnu, Salmas, Xoy və Urmiyanı talan etməsi Atabəy Qızıl Arslanın qəzəbinə səbəb olmuş nəticə də tərəflər arasında münaqişə yaranmışdır. Artıq XII əsrin sonlarına doğru Səlcuqlu hakimiyyətinin zəifləməsi ilə Urmiya da daxil olmaqla bütün Azərbaycan Atabəylər dövlətinin hakimiyyətinə keçmişdir. Tarixçi İbnül-Əsir yazır ki, Atabəy hakimi Əbu Bəkir 1205-1206-cı ildə Marağa şəhərinə qarşılıq olaraq Uşnu və Urmiyanı Atabəy Əlaəddinə vermişdir. 1220-ci ildə şəhəri ziyarət edən Yaqut Həməvi Urmiya şəhəri haqqında yazır:

Urmiya bu tarixdən qısa müddət sonra monqollar tərəfindən təqib olunan Xarəzmşah Cəlaləddinin hakimiyyəti altına keçmişdir. Cəlaləddin Əhlatı mühasirəyə aldığı bir zamandı Urmiya və Xoy ətrafında yaşayan Yıva türkmənlərinin Azərbaycanda bir sıra hadisələr törətdiyi xəbərini eşidir və 1226-cı ildə Urmiyaya qayıdaraq Türkmənləri bölgədən kənarlaşdırır. Qışı Urmiyada keçirən Cəlaləddin Urmiya, Salmas və Xoyu Səlcuq sülaləsindən olan xanımına bağışlamışdı.

Elxanilərin hakimiyyəti illərində Azərbaycanda iqtisadi və demoqrafik yüksəliş paralel formada baş vermişdir. Bu dövrdə şəhərin qalası Qazan xan tərəfindən təmir etdirilmiş, şəhərdə yeni zərbxana açılmışdı. 1340-cı ildə şəhərdə olmuş ərəb tarixçi Həmdullah əl-Müstəvfi yazır:

Elxanilər dövlətinin süqutu ilə şəhər ardıcıl olaraq Çobanilərin, Teymurilərin, Qaraqoyunlu, Ağqoyunluların və Səfəvilərin hakimiyyətinə keçmişdir.

Səfəvilərin hakimiyyəti dövründə şəhər dəfələrlə Osmanlı hücumlarına məruz qalmış, osmanlılar tərəfindən ələ keçirmişdi. I Şah Abbasın dövründə müdafiə məqsədi ilə şəhərin cənub-şərqində qala tikdirildi və Əfşar elindən iyirmi min nəfər buraya köçürüldü. XVII əsrin sonlarında bölgə Səfəvilər tərəfindən idarə edilirdi. 1622-ci ildə, Səfəvi şahı I Şah Abbas Qəşəm Sultan Afşarı Mosul valisi təyin etdi. O tezliklə vəba xəstəliyinə tutularaq vəzifəsindən imtina etmiş, Azərbaycanın qərbinə köçərək burada Urmiya cəmiyyəti yaratmışdır.

Səfəvi dövrü səyyahları yazır ki, XVII əsrdə Urmiyada 10-15 min nəfər adam yaşayırdı.

1724-cü ildə Urmiya yenidən osmanlıların hakimiyyətinə keçdi. Nadir şah 1729-cu ildə bölgəni mühasirəyə alsa da, Həkimoğlu Əli Paşa və Rüstəm Paşa bir aylıq uzun müddətli mübarizədən sonra şəhəri tutmuşdular. Bu dövrdə Osmanlı dövləti tərəfindən hazırlanan torpaq qeydiyyatı dəftərində şəhərdə ümumilikdə 1391 ailənin yaşadığı və 77.920 akça vergi ödədikləri qeyd edilmişdir. Urmiya bu dövrdə Təbriz,  Ərdəbil və Marağadan sonra Azərbaycanın ən böyük 4-cü şəhəri hesab edilirdi.

Nadir şahın hakimiyyəti ələ almasından sonra Urmiya yenidən onun imperiyasına qatıldı. 1744-cü ildə Fətəli xan Əfşar Nadir şah tərəfindən Urmiya valisi təyin edildi.

Urmiya xanlığı

Xanlığın mərkəzi Urmiya şəhəri idi. Xanlıq Marağa, Xoy və Osmanlı imperiyası ilə sərhəd idi.

Xanlığın əsasını Nadir şah Əfşarın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoymuşdu.O, hətta Nadir şahın sərkərdəsi olan Azad xanı da öz tərəfinə çəkə bilmişdi. Bundan sonra, o, mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı. İlk olaraq Təbrizə hücum etdi,Təbriz asılı hala salındı. Və Təbriz paytaxt oldu. Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur oldu. Bundan sonra isə Qaradağ, Marağa və Sərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı. O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi. İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi. II İrakli Qazax və Borçalı azərbaycanlılarından topladığı ordunu Mir Mehdi xana köməyə göndərdi. Azad xan geri oturduldu. Beləliklə, Fətəli xan Əfşar Maku və Ərdəbil xanlıqları istisna olmaqla, bütün Cənubi Azərbaycan xanlıqlarına öz hakimiyyətini yaya bilmişdi.

Urmiya xanlığının hökmdarı Fətəli xan Əfşar Nadir şah Əfşarın ən yaxın adamlarından biri idi və Əfşarlar tayfasına mənsub idi. Fətəli xan Əfşar Cənubi Qafqazın tutulması və İranda ali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətnamələr göndərildi. İrəvan xanlığına hücum uğursuz olduqda hücum istiqaməti Gürcüstana yönəldi. Çar II İrakli məğlub edildi.

Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi (1752). İranın şimalında möhkəmlənən Məhəmmədhəsən xan Qacarla mübarizə çə­tin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərək Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. Bununla kifayətlənməyərək Təbrizi, sonra isə Urmiyanı tutdu (1757). Yalnız Məhəmmədhəsən xanın öldürülməsilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağa hücum etdi və onu asılı vəziyyətə saldı (1759).

Məhəmmədhəsən xandan sonra İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyanı 1763-cü ildə 9 ay mühasirədə saxlayır. Nəhayət Urmiya xanlığını tutan Kərim xan Zənd Fətəli xan Əfşarı Şiraz qonaqlığında edam etdirir.

Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı. Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra İmamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Əfşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq, İran taxtına çıxan Fətəli şaha tabe oldu.

Sonrakı dövr Urmiya şəhəri 1760-cı ildə Kərim xan Zənd tərəfindən tutulmuşdu. Daha sonra Urmiya ardıcıl olaraq Rüstəm Xan Qasımlı və Rza Qulu xan tərəfindən idarə edilmişdir. İlk Qacar şahı Ağa Məhəmməd şah Qacar 1795-ci ildə məhz Urmiyada taxta çıxmışdır.  Qısa müddətli Qacar sülaləsinin də hakimiyyətinə keçən şəhər 1906-cı ildə osmanlılar, 1911-ci ildə isə ruslar tərəfindən işğal edilmişdi. I Dünya müharibəsindən sonra osmanlı ordusu 1918-ci ilin dekabr ayında Urmiyanı tərk etməyə məcbur olmuş, şəhər İranın tərkibinə qatılmışdır. Urmiyanın adı Rza şah Pəhləvinin şərəfinə Rızayeh adlandılırsa da 1979 İran İslam inqilabı ilə yenidən köhnə adı ilə əvəz edilmişdir.

XVIII yüzilin sonu və XIX yüzilin əvvəllərində ona dəyən dağıdıcı zərbələrlə baxmayaraq, şəhər öz əzəmətini hələ də saxlamışdır. Onun tərifi həmin dövrdə yaşayan qərb və rus səyyahlarının əsərlərində öz əksini tapmışdır. Rus səyyahı Nikolay Zeydlits yazır:

XIX yüzilin əvvəllərində Azərbaycan şəhərlərinə səyahət edən Hacı Zeynalabdin Şirvani həmin dövrdə Urmiyanın vəziyyəti haqqında geniş və maraqlı məlumat verir. O yazır: