Hadisələr 22 yanvar - Qanada ingilislər əleyhinə aşantilərin üsyanı, Böyük Britaniya qubernatoru Çarlz Makkartinin öldürülməsi. 10 fevral - Peru Konqresi tərəfindən prezident markiz de Torre-Taqlenin hakimiyyətdən kənarlaşdırılması və Simon Bolivarın diktator təyin edilməsi. 17 aprel - Mərkəzi Amerikada quldarlığın ləğv edilməsi. 2 iyul - Braziliyada ölkənin 6 şimal əyalətindən ibarət "Ekvador Konfederasiyası"nın elan edilməsi. 24 iyul - Pernambukuda üsyançılar tərəfindən Braziliya Respublikasının elan edilməsi. 6 avqust - Xunin düzənliyində Simon Bolivarın ordusu tərəfindən İspaniya qoşunlarının darmadağın edilməsi. 18 avqust - ABŞ-nin təyziqi altında Meksikanın təsis konqresi tərəfindən xarici ölkə vətəndaşlarının əmlakının toxunulmazlığı haqqında qanun qəbul edilməsi. 16 sentyabr - Dionisio Erreranın Hondurasın ilk dövlət başçısı seçilməsi. İngiltərə parlamenti tərəfindən həmkarlar ittifaqlarını qadağan edən qanununun ləğv edilməsi. Milli Konqres tərəindən Meksika Respublikasının Konstitusiyasının qəbul edilməsi. Birinci İngiltərə-Birma müharibəsinin (1824-1826) başlanması. Rusiya tərəfindən Kiçik Jüzdə xanlıq hakimiyyətinin ləğv edilməsi.

Doğumlar Kəlbalı xan Ehsan xan oğlu Naxçıvanski, rus ordusunda general. Abdulla ağa Mirzə Məhəmməd xan oğlu Bakıxanov, rus ordusunda general. Uilki Kollinz - ingilis yazıçı.

Ölümlər Corc Bayron - İngilis yazıçısı