Naxçıvan xanlığı — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra kəngərli tayfa başçısı Heydərqulu xan tərəfindən əsası qoyulmuş Azərbaycan xanlığıdır. Zəngəzur dağlarından başlamış, Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. Dağlar xanlığı qala kimi əhatə edirdi. Şimal-qərbdən Dərələyəz dağları, cənubi-şərqdən Zəngəzur sıra dağları xanlığın sərhədləri boyu uzanırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Qaradağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi.
Heydərqulu xan 1763-cü ilə qədər hakimiyyətdə olmuşdur. Araşdırmalar göstərir ki, Naxçıvan xanlığı Qarabağ, Maku, Qaradağ, Gəncə və İrəvan xanlıqları ilə Heydərqulu xanın vaxtında yaxın dostluq münasibətləri yaratmışdı. Heydərqulu xanın vəfatından sonra onun oğlanları xanlığı idarə edirlər və ən uğurlu dövr Şükrulla xanın dövrünə təsadüf edir. 1768-ci ildən 1780-ci ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik edən Şükrulla xan Kərim xan Zəndin fərmanı ilə müstəqil xan, yəni hakim tituluna layiq görülməklə yanaşı, bütün Kəngərli süvarilərinə sərkərdə təyin olunduğu müddətdən etibarən tümən hakimi kimi şöhrət tapır.
1790-cı illərin sonlarında Naxçıvan xanlığında hakimiyyət uğrunda mübarizə güclənir. İrəvan xanı Hüseynəli xan, Qarabağ xanı İbrahimxəlil xan və Kartli-Kaxetiya çarı II İrakli istəyirlər ki, Naxçıvan xanları onların istəyi ilə hərəkət etsin. Beləliklə, Rəhim xanın oğlu Abbasqulu xan 1780-ci ildə xanlığı idarə etməyə başlayır. Lakin onun iradəsizliyi hakimiyyətdəki uğursuzluğu ilə nəticələnir və 1810-cu ildə İranda edam edilir. Naxçıvan xanlığı 1747–1797 illərdə daxili və xarici siyasəti ilə qonşu xanlıqların rəğbətini qazanmış Heydərqulu xanın, sonralar isə Kəlbəli xanın hakimiyyəti dövründə siyasi diplomatiyası ilə də fərqlənib. Xanlığın ərazisi, qoşunu, pul vahidi, xarici və daxili siyasəti, müstəqil dövlətə məxsus atributları olub.
Kəlbəli xan çox güclü siyasət yeritsə də əvvəlcə Ağaməhəmməd şahla, daha sonra isə rus qoşunları ilə ciddi mübarizə aparır. Uzunmüddətli Rusiya-İran müharibəsindən sonra 1813-cü ildə Gülüstan müqaviləsi imzalanır və bununla müharibə yekunlaşır. Daha sonra isə 1826-cı ildə Qacar hakimiyyətinin yeni hücumları ilə yenidən Rusiya-İran müharibəsi başlayır və müharibə rusların qələbəsi ilə başa çatır. 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinin şərtlərinə əsasən Naxçıvan və İrəvan xanlıqları Rusiyaya verilir. Naxçıvan xanlığının ərazisində məskunlaşan sonuncu xan Kərim xanın bütün əmlakı Rusiya xəzinəsinə müsadirə edilir. Şahzadə Abbas mirzə Kərim xan və onun bir qrup Kəngərli sülaləsindən olan tərəfdarlarına məskunlaşmaq və idarə etmək üçün Marağa xanlığının bir neçə kəndini verir. Bununla da Naxçıvan xanlığı ləğv edilir.
Sülalənin mənşəyi
KəngərlilərKitabi Dədə Qorqudda kəngərlilərin adına "kanqalı" formasında rast gəlinir. peçeneq-türk tayfalarından olmuşlar. Sülalə eranın I əsrindən Naxçıvan ərazisində yaşayıblar. Eramızın əvvəllərində Zaqafqaziyaya hunların tərkibində gələn yüz iyirmi min ailədən ibarət sülalə, onun müxtəlif ərazilərində məskunlaşmışlar. Bizans tarixçisi Konstantin verdiyi məlumatda bildirir: "948–952-ci illərdə Yavdiertim, Kuvarçicur, Kabukşinyula adlı üç vilayət peçeneqlərin digər peçenəqlərlə müqayisədə daha mərd və nəcabətli olmalarına görə xəngər ləqəbi daşıyırdı."
Beşinci yüzillikdə kəngərlilər Sasanilər imperiyasını lərzəyə salmışdı. Kəngərli eli Naxçıvanda, Qarabağda, Şirvanda və İranda məskunlaşmışdır. 1816-cı ildə Kəlbəli xan Naxçıvan şəhərində Rusiya generalı Aleksey Yermolovu qəbul edərkən demişdir ki, "Naxçıvanı üç əsr onun kəngərli nəsli idarə etmişdir." İlya Petruşevski qeyd edir: "Zəngin Naxçıvan ölkəsi qızılbaş ustaclı tayfasının bir qolu olan kəngərli tayfasının irsi ölkəsi idi." XIX əsrin şairi Əndəlib Qaracadaği "Ordubadın vəsfi" şeirində bu sülalədən bəhs edir.
Azərbaycan xalqının formalaşmasında iştirak edən qədim türk tayfalarından biri də peçeneqlərin tərkibinə daxil olan kəngərlilərdir. Mənbələr göstərir ki, kəngər, peçeneq etnonimləri ilə bağlı toponimlər Azərbaycan tarixinin qədim dövrlərinə kimi gedib çıxır. Oğuzlardan əmələ gələn tayfaların Azərbaycanda ən çox məskən saldıqları ərazilərdən biri də Naxçıvan olmuşdur. Mənbələrdə qeyd edilir ki, "Səkkiz peçeneq uruğu içərisində hakim zümrəni təşkil edən ertim, cur və yula adlı üç peçeneq uruğuna birlikdə kəngər adı verilmişdi. Bu tayfalar cəsur, qəhrəman, əsl peçeneq olmaları ilə digər uruğlardan seçilirdilər. Kəngər adını daşıyan üç uruğun əsl peçeneq sayılması peçeneqlərin kəngərlilərdən təşəkkül tapmalarını bir daha sübut edir."
Heydərqulu xan (1747–1763)
Xanlığın əsasının qoyulması thumb|right|220px|Nadir şah
1736-cı ildə Nadir xanın (Təhmasibqulu xan) tacqoyma mərasimi keçirildi. O, İran şahı elan edildikdən sonra dövlətin idarə olunmasında və inzibati quruluşunda ciddi dəyişikliklər apardı. Nadir şah Səfəvilər dövlətinin inzibati-ərazi bölgülərini – bəylərbəyliklərini ləğv etdi. O, Azərbaycan ərazisində Şirvan, Qarabağ, Təbriz və Çuxursədd bəylərbəyliklərini ləğv edib, vahid vilayət adı altında bir mərkəzdə – Təbriz ətrafında birləşdirdi. Şah vilayətin idarəsini qardaşı İbrahim xana həvalə etdi. Bundan əlavə bütün yerlərdə yerli hakimlər Nadir şahın yaxın adamları ilə əvəz olundu.
Nadir şahın tacqoyma mərasiminin iştirakçısı katolikos Abram Kretasi bu məsələ ilə əlaqədar yazmışdı: "Nadir şah öz qardaşını rəis və sərdar, yəni Azərbaycan sərəsgəri təyin etdi. Naxçıvanı, Şirvanı, bütün Ararat vilayətini, Gürcüstanın idarəsini qardaşına tapşırmaqla onu bəylərbəyi kimi bütün digər xanların başçısı təyin etdi."
Nadir şahın daxili siyasəti geniş xalq kütlələrinin narazılığına səbəb oldu. Başqa yerlərdə olduğu kimi, Naxçıvanda da əhalinin vəziyyəti ağırlaşmışdı. Şəhər və kəndlilər bir tərəfdən yerli feodallar, digər tərəfdən xarici işğalçılar tərəfindən qarət olunurdular. Bu səbəbdən yerli əhalinin bir hissəsi feodal istismarından yayınmaq məqsədilə yaşadıqları ərazini tərk edərək əlçatmaz yerlərdə sığınacaq tapırdılar. Nadir şahın "şah" olmasına etiraz etdiklərinə və eyni zamanda mərkəzi hakimiyyətə tabe olmadıqlarına görə kəngərlilərin bəzi nüfuzlu nümayəndələri də vətəndən Əfqanıstana sürgün edildi.
Kəngərlilərin bu cür tabesizliyi Nadir şahda şübhə oyatdığı üçün o bu tayfaya o qədər də etibar etməyib, digər ərazilərdən fərqli olaraq Naxçıvan əyalətini idarə etmək üçün bura həmin tayfadan iki hakim təyin etdi. Naxçıvan ölkəsinin müvəqqəti hakimi Ağa Həsən təyin olundu. Lakin onunda hakimliyi xalq arasında narazılığı artırdı. Ağa Həsənin hakimliyindən narazı olan yerli əhali silaha əl atdı. Dövrün hadisələrini qələmə alan naməlum salnaməçi bu barədə qeyd etmişdir ki, "…ölkə dilənçi vəziyyətinə düşmüşdür. Valideynlər öz uşaqlarını satmağa məcbur olurdular. Lakin alıcı tapılmırdı. Bəziləri hətta həyat yoldaşlarını, oğlanlarını və qızlarını qoyub başqa ölkələrə üz tuturdular… Nadir şah uşaqları qul edib satırdı."
Lakin xalqın narazılığı artmaqda davam edirdi. Ağır istismar vəziyyəti ölkədə silahlı üsyanlara gətirib çıxarırdı. 1743-cü ildə Şirvanda baş vermiş üsyan yatırıldıqdan sonra, 1746–1747-ci illərdə Azərbaycan, eyni zamanda Gürcüstan ərazilərində yeni üsyanlar təşəkkül tapdı. 1747-ci il mart ayının 15-də Rusiyanın İrandakı səfiri M. Qolitsin yazırdı: "İndiki zamanda İran əyalətlərinin hamısında qorxulu vəziyyət yaranmışdır. Gəncədə, İrəvanda, Naxçıvanda, Tiflisdə əhali pul cərimələrindən cana gəlmiş, kiçikdən böyüyə qədər, hətta yerli hakimlər qiyam qaldırır, var-dövlətləri və mal-qarası ilə dağlara çəkilirlər."
Səfəvi-Osmanlı müharibələrindən sonra hakimiyyətə gələn Nadir şah Əfşarın dövründə ölkədə havalar quraqlıq keçdiyi üçün, məhsulun azlığı kütlələrin vəziyyətini daha da kəskinləşdirdi. Nadir şahın yeni vergi sistemi, onun hərbi yürüşlərinin ağırlığı İran dövlətində olduğu kimi, Azərbaycan ərazisində aclığa gətirib çıxardı. Bunun nəticəsində yadelli işğalçılara qarşı yönəlmiş xalq hərəkatı, XVIII əsrin ortalarında, Azərbaycanda Əfşarlar dövlətinin hakimiyyətinə son qoyulmasında mühüm rol oynadı.
1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində qətlə yetirildi. Bu hadisədən sonra İranda mərkəzi hakimiyyətin pis vəziyyətə düşməsi ilə imperiyanın ucqarlarında, o cümlədən Azərbaycan ərazisində xalq azadlıq hərakatının qələbəsi üçün şərait yarandı. Azərbaycanda iyirmi xanlıq meydana gəldi: Bakı, Dərbənd, Gəncə, Cavad, Salyan, İrəvan, Lənkəran, Naxçıvan, Qarabağ, Quba, Şamaxı, Şəki, Ərdəbil, Marağa, Maku, Qaradağ, Sərab, Təbriz, Urmiya və Xoy xanlıqları Onların hər birinin Azərbaycan tarixində öz yeri və rolu vardır.
Nadir şahın dövləti süquta uğradıqdan sonra kəngərli tayfa başçısı Heydərqulu xan yerli feodallara arxalanıb, Ağa Həsəni hakimiyyətdən uzaqlaşdıraraq, özünü xanlığın müstəqil hakimi təyin etdi. XVIII əsrin ortalarında Azərbaycan ərazisində yaranan 20 xanlıqdan biri də Naxçıvan xanlığı oldu. Bu dövrdə xanlığın ali hakimi xan özü idi. Qalan feodalların hamısı ona tabe idilər.
Zəngəzur dağlarından başlamış Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. Dağlar xanlığı qala kimi əhatə edirdi. Şimal-qərbdən Dərələyəz dağları, cənub-şərqdən Zəngəzur sıra dağları xanlığın sərhədləri boyu uzanırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Qaradağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi.
Xarici siyasəti Heydərqulu xanın taxta çıxdığı dövrdə Naxçıvan həmin çiçəklənən Naxçıvan deyil idi. Bu dövrdə Naxçıvan Kir və Kambizin dövründə yaşayan İran tarixçilərinin təsvir etdiyi kimi, 200 min əhalisi olan ticarət məntəqəsi deyildi. Osmanlı İmperiyası hökmdarı Sultan Muradın, İran şahları – "Möhtəşəm" ləqəbli I Abbasın və Nadir şahın dövründə ardıcıl surətdə baş verən dağıntılar nəticəsində şəhər əhalisi əhəmiyyətli şəkildə azalmış və yoxsullaşmışdı. I Abbasın hakimiyyəti dövründə faktiki olaraq, şəhər xeyli dağıntılara məruz qalmışdı. Fransız səyyahı Şarden Naxçıvan şəhərinin xanlıq dövrünü bu cür təsvir edir:
Naxçıvan xanlığının yaradıcısı Heydərqulu xan Murtuzaqulu xan Kəngərlinin oğlu idi. Murtuzaqulu xan isə Məhəmmədrza xanın övladı idi. Məhəmmədrza xan Kəngərlinin oğlu Murtuzaqulu xan iki il Çuxursəəd bəylərbəyliyinin hakimi olmuşdur. Murtuzaqulu xanın atası Məmmədrza xan Astrabad bəylərbəyliyindən əvvəl həm də İrəvanı idarə edənlərdən biri olmuşdur.
Araşdırmalar göstərir ki, Naxçıvan xanlığı Qarabağ, Maku, Qaradağ, Gəncə və İrəvan xanlıqları ilə Heydərqulu xanın vaxtında yaxın dostluq münasibətləri yaratmışdı. Qarabağ xanlığının qurucusu Pənahəli xan 1751-ci ildə Şuşa qalasının inşası zamanı Naxçıvan xanlığından da memarlar dəvət etmişdi. Bu haqda Mirzə Rəhim Fəna "Qarabağnamələr" əsərində yazır:
Zəngəzur dağlarından başlamış Araz çayı vadisinə qədər uzanan Naxçıvan xanlığı hərbi cəhətdən zəif olduğundan Heydərqulu xan daha qüdrətli xanlıqlara arxalanmaq qərarına gəldi. Öz hakimiyyətini gücləndirmək və yerli işğalçılardan müdafiə olunmaq məqsədilə Heydərqulu xan XVIII əsrin 50-ci illərində Qarabağ xanı Pənahəli xanın görüşünə getdi. Pənahəli xanın gördüyü siyasi tədbirlərində Heydərqulu xanın iştirakı olub. Mirzə Adıgözəl bəy yazır: "Naxçıvan elindən olub bir minbaşıya tabe olan kəngərli eli, Borçalıda məskunlaşan Dəmirçihəsənlilərindən olub bir minbaşıya tabe Dəmirçihəsənli eli, yenə Borçalıdan Çinni tayfası da Qarabağa gəlib Pənahəli xanın himayəsinə sığınmışdılar." Heydərqulu xan Pənahəli xanla hərbi-siyasi ittifaqa da girmişdir.