Dövrus — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dovruz kimi qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.87. Erməni mənbələrində kəndin adı həm də Tovruz kimi göstərilirКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство «Мелконян фонд», 1932, с. 56.
Toponim türk mənşəli xəzər tayfasına mənsub tavris etnonimiГейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.44 əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi Kənddə 1831-ci ildə 11 nəfər, 1873 - cü ildə 74 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə 303 nəfər, 1904 - cü ildə 268 nəfər, 1914 - cü ildə 297 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 56-57, 134-135.
1918-ci ildə kəndin sakinləri erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 88 nəfər, 1926-cı ildə 144 nəfər, 1931-ci ildə 171 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 57, 135.
Kəndin sakinləri 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olundular.
Tanınmışları Ümid Süleymanov — Lənkəran Şəhər Raykom katibi (1937-1943)
İstinadlar
Kateqoriya:Zəngəzur kəndləri