Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası — Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə etməli olan Naxçıvan Muxtar Respublikasının və 26 sahə həmkarlar ittifaqı birliklərinin ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1 600 000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti və ölkədə həmkarlar ittifaqlarının müstəqilliyi müxtəlif beynəlxalq təşkilatlar, hüquq müdafiə qurumları və yerli qeyri-hökumət təşkilatları tərəfindən tənqid edilmişdir. Tənqidlərin əsas istiqamətləri həmkarlar ittifaqlarının hökumətdən və işəgötürənlərdən müstəqilliyinin məhdud olması, kollektiv danışıqların səmərəliliyinin aşağı olması və üzvlərin əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının zəif rolu ilə bağlıdır.

AHİK-in orqanları Qurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.

AHİK-in üzv təşkilatları Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi "Baku Stil Kompani" MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyası Azərbaycan Respublikası "İnşaat-İş" Həmkarlar İttifaqı Respublika Komitəsi "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Fedarasiyası Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyi Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Gömrük İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsi Yerli Sənaye və Kommunal Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

AHİK-in tabeliyində olan təşkilatlar "Kurort" Səhmdar Cəmiyyəti: Azərbaycan Respublikası "Turizm və ekskursiya üzrə Respublika Şurası" Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi özündə 9 idman cəmiyyətlərini birləşdirir. "Azərbkolxozlararası" Sağlamlıq Respublika Birliyi Əmək və Sosial Münasibətlər Akademiyası

AHİK-in beynəlxalq əlaqələri AHİK 17 oktyabr 2000-ci il tarixdən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və bu beynəlxalq təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. AHİK-in nümayəndəsi bu mötəbər beynəlxalq həmkarlar ittifaqı təşkilatının icraiyyə komitəsində təmsil olunur. AHİK 26 may 2004-cü ildən Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatıdır. Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK, Neft və Qaz Sənayesi İşçiləri HİRK, "İnşaat-iş" Həmkarlar İttifaqı, Toxucq və Yüngül Sənaye İşçiləri, Metal İşçiləri Hİ Federasiyası Beynəlxalq "İndustry All" təşkilatının, Dəniz nəqliyyatı Müstəqil HİRK Beynəlxalq Nəqliyyat Federasiyasının (London), Səhiyyə işçilərinin, Yerli, sənaye və kommunal — məişət müəssisələri fəhlələrinin, Müdafiə sənayesi işçilərinin həmkarlar ittifaqları PSI-nın üzvüdürlər.

Türkiyə, Fransa, Belçika, İngiltərə, Almaniya, Misir, Yaponiya, Bolqarıstan MDB dövlətləri, Çin Respublikası, Somali və 70-ə yaxın ölkələrin həmkarlar ittifaqları mərkəzləri ilə ikitərəfli dostluq əlaqələrindədir.

Tənqid

ABŞ Dövlət Departamentinin 2024-cü il üzrə Azərbaycan haqqında insan hüquqları hesabatında bildirilir ki, həmkarlar ittifaqlarının demək olar ki, hamısı hökumətlə əlaqəli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Hesabatda bir çox işçinin AHİK-ə daxil olan həmkarlar ittifaqlarının onların maraqlarını qorumaq və işəgötürənlərlə danışıqlar aparmaq üçün az iş gördüyünü bildirdiyi qeyd olunur. Həmçinin bir çox işçinin AHİK tərəfindən bağlanmış kollektiv müqavilələrdən və onların məzmunundan xəbərsiz olduğu göstərilir. Hesabatda kollektiv müqavilələrin çox vaxt yalnız formal xarakter daşıdığı və icra olunmadığı da vurğulanır.

Bu tənqidlər əvvəlki illərin beynəlxalq hesabatlarında da əks olunmuşdur. ABŞ Dövlət Departamentinin əvvəlki hesabatlarında AHİK-in hüquqi baxımdan müstəqil təşkilat kimi qeydiyyatda olmasına baxmayaraq, hökumətlə sıx əlaqəli olduğu, ölkədəki həmkarlar ittifaqlarının böyük əksəriyyətinin müstəqil fəaliyyət göstərmədiyi və kollektiv müqavilələrin çox vaxt formal xarakter daşıdığı bildirilmişdir.

Freedom House da Azərbaycanda həmkarlar ittifaqları sahəsində oxşar problemlərə diqqət çəkmişdir. Təşkilatın 2025-ci il hesabatında qanunvericiliyin həmkarlar ittifaqları yaratmağa və tətil hüququna imkan verdiyi, lakin həmkarlar ittifaqlarının əksəriyyətinin hökumətlə sıx əlaqəli qaldığı qeyd olunur. Hesabatda həmçinin əsas sənaye sahələrinin əhəmiyyətli hissəsində əməkhaqqı və iş şəraitinə dövlətin nəzarət etdiyi bildirilir.

Azərbaycanın Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının apardığı araşdırmalarda da həmkarlar ittifaqlarının müstəqilliyi və işçilərin hüquqlarının müdafiəsi ilə bağlı problemlər qeyd edilmişdir. Təşkilatın 2016-cı ildə hazırladığı araşdırmada Azərbaycandakı həmkarlar ittifaqlarının praktikada müstəqil olmadığı, bəzi hallarda işəgötürənlərin nəzarətində fəaliyyət göstərdiyi və bunun işçilərin hüquqlarının müdafiəsinə mənfi təsir etdiyi bildirilmişdir.

Həmkarlar ittifaqlarının real təsir imkanlarının məhdudluğu ilə bağlı tənqidlər akademik və peşəkar ədəbiyyatda da öz əksini tapmışdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti ilə bağlı hazırlanmış araşdırmalardan birində istehsalat özünüidarəçiliyinin və istehsalat demokratiyasının zəif olması nəticəsində bir sıra sosial problemlərin həll edilmədiyi və ya qənaətbəxş həll olunmadığı qeyd edilir. Eyni mənbədə transmilli şirkətlərdə həmkarlar ittifaqlarının işçilərin hüquqlarının müdafiəsi istiqamətində tam gücü ilə fəaliyyət göstərə bilmədiyi vurğulanır.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə 2024-cü ildə qəbul edilmiş və 2025-ci ildə dərc olunmuş müşahidəsində də kollektiv danışıqların müstəqilliyi məsələsinə diqqət yetirilmişdir. BƏT-in Ekspertlər Komitəsi dövlət orqanlarının iştirakı ilə həyata keçirilən üçtərəfli əməkdaşlığın işəgötürənlərlə həmkarlar ittifaqları arasında kollektiv danışıqların müstəqilliyini əvəz etməməli olduğunu bildirmiş və əmək şəraiti ilə bağlı məsələlərdə həmkarlar ittifaqları ilə işəgötürənlər arasında kollektiv danışıqların təşviqi üçün tədbirlər görülməsini tövsiyə etmişdir.

Bununla yanaşı, AHİK özü fəaliyyətinin işçilərin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsinə, kollektiv müqavilələrə və sosial tərəfdaşlığa yönəldiyini bildirir. Konfederasiyanın 2025-ci il üzrə hesabatında əmək hüquqlarının müdafiəsi, sosial tərəfdaşlıq, əməyin mühafizəsi və işçilərə göstərilən sosial xidmətlər sahəsində fəaliyyətlər sadalanır.

2025-ci ildə BƏT-in iştirakı ilə keçirilmiş sosial dialoq üzrə tədbirdə isə AHİK nümayəndələri üçtərəfli komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi və onun səlahiyyətlərinin genişləndirilməsi məsələlərini dəstəkləmişlər.

Həmçinin bax Azərbaycan Sahibkarlar Konfederasiyası Azərbaycan, Dağıstan və Zakaspi həmkarlar ittifaqlarının qurultayı (1919)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan həmkarlar ittifaqları Kateqoriya:1993-cü ildə Azərbaycanda yarananlar