Jan Batist de Lamaz () — Fransız yezuit din xadimi, İsfahanda və Şamaxıda fəaliyyətdə olmuşdur.
Həyatı 21 fevral 1624-cü ildə Fransanın Paris şəhərində doğulmuşdur. 16 yaşında yezuit ordeninə daxil olub, 8 dekabr 1658-ci ildə dini and içmişdi. 1652-ci ildən bəri Fransada qrammatika, fəlsəfə və humanitar elmlər dərsi dedikdən sonra 1662-ci ildə Şərqə doğru katolik təriqətini yaymağa gəlmişdi.Archives des Jesuites de Paris, Perse, nr. 30, “Jean Baptiste de la Maze.” 2 il Suriyada qaldıqdan sonra, 1664-cü ildə Səfəvilər dövlətinə gəlmişdi.
Fəaliyyəti 1664-cü ildə Klod İqnat Mersier ilə İsfahandakı Yeni Culfa məhəlləsinə gəlmişdi. 1674-cü ildə Mersierin ölümündən sonra 1676-cı ildə Yezuit missiyasınn rəhbəri təyin olunmuşdu. Onun burdakı əsas işi qriqorian erməniləri katolik məzhəbinə gətirməkdən ibarət idi. FarscaVillote, Voyages d’un missionnaire, səh. 92-96, türkcəPetis de la Croix, Extrait du journal, səh. 127 və ermənicə bilirdi.
1688-ci ildə Şamaxıya Şah Süleyman Səfəvinin icazəsi ilə gəlmiş və fəaliyyətinə burda davam etmişdir. Öz xatiratında Şirvan regionu haqda məlumatlar vermiş, Şamaxıda yəhudilərin, ermənilərin, rusların və hətta 200 nəfərdən ibarət və şəhərin ən varlıları olan hindu tacirlərinin öz məbədlərinin olduğunu qeyd etmişdi.Jan Batist de La Maz - “Mémoire de la province de Sirvan” səh. 28 Şamaxıdakı 22 illik fəaliyyəti dövründə kilsədəki ayinlərini Azərbaycan türkcəsində aparırdı.Jan Batist de La Maz - “Mémoire de la province de Sirvan” səh. 40 Çox keçmədən Şamaxıya daha iki yezuit keşiş gəldi - həkim Fransisk Savier Şampion və Jak Vilyotte. Voyages d'un missionnaire de la Compagnie de Jésus [Jacques Villotte], en Turquie, en Perse, en Arménie, en Arabie, et en Barbarie [rédigés par le P. Nicolas Frizon] 1693-1694-cü illərdə yazdığı məktublarda qeyd etdiyinə görə Gəncə və İrəvandakı missiyalarla sıx əlaqədə idi. Keşişlərin ən böyük problemi tək olmaqları idi. Yerevandakı keşişlərin tək vəfat etməyindən təsirlənən Lamaz da xəstələnib vəsiyyətini çatdırmadan öləcəyindən qorxurdu.Archivum Romanum Societatis Iesu (ARSI), Rome Gall. 97II, 225, De la Maze 1698-ci ildə Zubarek adlı bir erməni ilə Polşaya səyahət etmişdi.
Ölümü 4 mart 1709-cu ildə Şamaxıda vəfat etmişdi. Yerinə başqa bir fransız — Fransisk Savier Şampion təyin edilmişdi. Xatiratında Bakıdakı zəfəran və neft sənayesindən, əhalinin rüşvətxor məmurlar tərəfindən zülmə uğramasından, çətin iqtisadi vəziyyətdən bəhs etmişdi.
İstinadlar
Kateqoriya:Azərbaycanda xristianlıq Kateqoriya:Keşişlər