Xorvatiya–Yaponiya münasibətləri — Xorvatiya Respublikası ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr YSFR dövründə Yaponiya–Yuqoslaviya münasibətlərinin tərkib hissəsi olmuş, Xorvatiyanın müstəqilliyinin bərpasından sonra yüksələn xəttlə inkişaf etməkdədir.
Tarixi Xorvatiya–Yaponiya münasibətlərinin tarixi hələ İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin Yuqoslaviya Krallığını işğal etdi dövrdən başlamışdır. Belə ki, almanların marioneti olan Müstəqil Xorvatiya Dövləti Berlin-Roma-Tokio oxunun bir hissəsi kimi yaponlar ilə əlaqələrə malik olmuş, Yaponiya imperiyası tərəfindən de-yure tanınmış, hətta yaponların Zaqrebdə səfirliyi də fəaliyyət göstərmişdirVojinović, Aleksandar. NDH u Beogradu , P.I.P, Zagreb 1995. (pgs. 18–20). İkinci dünya müharibəsindəki məğlubiyyətdən sonra tərəflər arasında münasibətlər uzun müddət – Xorvatiyanın müstəqilliyinin bərpasına qədər demək olar ki, mövcud olmamışdır.
Diplomatik əlaqələr İki ölkə arasında müasir diplomatik əlaqələr 1993-cü ilin mart ayının 5-də qurulmuşdur.
Səfirliklər Xorvatiyanın Tokiodakı səfirliyi 1993-cü ilin sentyabr ayında, Yaponiyanın Zaqrebdəki səfirliyi isə 1998-ci ilin fevral ayında fəaliyyətə başlamışdırJapan-Croatia Relations . Japanese Ministry of Foreign Affairs. Retrieved 11 March 2018..
Xorvatiyanın Yaponiyadakı səfiri hazırda Drazen Hrastiçdir. O, 2015-ci ildən bu vəzifəni daşıyır新任駐日クロアチア大使の信任状捧呈 . mofa.go.jp . Yaponiyanın Xorvatiyadakı səfiri isə hazırda Keiji Takiquçidir. O, 2016-cı ildən bu vəzifəni daşıyır.
Hərbi əlaqələr Xorvatiya 1 aprel 2009-cu ildə rəsmən NATO-ya üzv olduqdan sonra hər iki ölkənin əsas strateji müttəfiqi ABŞ-dır. thumb|"JDS Kashima" təlim gəmisi Splitdə İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünü qeyd etmək məqsədilə 2013-cü ilin sentyabr ayında Yaponiya Dəniz Özünü Müdafiə Qüvvələrinin "JDS Kashima" təlim gəmisi Xorvatiyanın ikinci ən böyük şəhəri olan Spliti ziyarət etmişdirPosjet japanskog broda "Kashima" HRM-u i gradu Splitu - Ministarstvo obrane RH . Bu, bir yapon dəniz gəmisi tərəfindən Xorvatiyaya edilən ilk ziyarət kimi tarixə düşmüşdür.
Mədəni əlaqələr Qardaşlaşmış şəhərlər Riyeka – Kavasaki (23 iyun 1977-ci ildənGrad Rijeka - Gradovi prijatelji ) Zaqreb – Kioto (22 oktyabr 1981-ci ildən) Pula – Hekinan (5 aprel 2007-ci ildənPrijedlog Odluke o suradnji između gradova Hekinana (Japan) i Pule (Republika Hrvatska) )
İstinadlar
Xarici keçidlər Embassy of the Republic of Croatia in Japan Embassy of Japan in Croatia , Embassy of Japan in Croatia