Azərbaycanda gülçülük — Azərbaycan Respublikasında kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri.

Tarixi Sovet dövründə – XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub8 MART, İNHİSARDAKI GÜL BİZNESİ VƏ AZƏRBAYCANIN QIZILGÜL SORTLARI – FOTO . a24.az, 07.03.2015 . Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlanda gülçülük sovxozları fəaliyyət göstərib. Hansı ki, onlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi.

Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılmışdır.

Sovet İttifaqı dağılanda sonra gülçülük təsərrüfatları da geriləməyə başladı. Hazırda Azərbaycanda bu səhə ilə məşğul olan təsərrüfatların sayı elə də çox azdır. Fəaliyyət göstərən təsərrüfatlar yenə də əsasən Bakı kəndlərindədir; amma əvvəlkindən xeyli kiçikdirlər. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantem, kala yetişdirilir.

Azərbaycanda gülçülüyün inkişafını ləngidən bir sıra amillər mövcuddur ki, buna aşağıdaklar aiddir: maliyyə çatışmazlığı; bu sahəni bilən kadrların azlığı; maarifçiliyin aşağı olması; satış bazarlarına daxil olmağın çətinliyi.

Gül bayramı thumb|2012-ci ildəki "Gül bayramı"

Gül bayramı hər il Heydər Əliyevin ad günündə – 10 mayGül bayramı - Bakıya 116 ton gül gətirilib . bbc.com, 10.05.2012 tarixində başlayır və bir neçə gün davam edir. Bayram günlərində ənənəvi olaraq Bakıdakı Heydər Əliyev adına parkda xaricdən gətirilən güllərdən ibarət kompozisiyalar sərgilənir.

"AfuExpo" 12 mart 2015-ci ildə Bakı Sərgi Mərkəzində "Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi" ("AfuExpo") açılmışdırBakıda “Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi” açılıb . azertag.az, 12.03.2015 . İlk sərgidə 12 ölkədən 156 şirkət iştirak etmişdir. Bu sərginin ikincisinin 2017-ci ilin dekabr ayında keçirilməsi planlaşdırılır.

Filmlər Güllər (film, 1952) Zaqatala qızıl gülü (film, 1975) Zaqatalanın qızıl gülləri (film, 1972)

İstinadlar