Murad Saydoviç Hüseynov (25 yanvar 1989-cu ildə Mahaçqalada anadan olub) — Sonuncu dəfə Latviya Yüksək Liqası təmsilçilərindən olan Dauqava Dauqavpils klubunda hücumçu kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçu.

Klub karyerası Hüseynov peşəkar futbolçu kimi karyerasına Serbiya Birinci Liqası (Serbiyanın ikinci liqası) təmsilçilərindən olan Mladost Luçani klubunda başlamışdır. 2009-cu ilin yanvar ayından 2010-cu ilin yanvar ayına qədər bu klubda çıxış etmişdir. Bundan əvvəl Hüseynov Rusiyanın Anji Mahaçqala və Şeksna Çerepovets klublarında da bir müddət futbolçu kimi çıxış etmişdir.

Qəbələ FK Hüseynov 2011-ci ildə baş məşqçi postuna Toni Adams gətirildikdən sonra Qəbələ klubu ilə müqavilə imzalamışdır. Hüseynov Qəbələ klubu ilə debütünü 17 mart 2011-ci ildə Muğan klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hüseynov qol vuraraq qələbə topunun müəllifi olmuşdur.

2012-13 mövsümündə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubu ilə müqavilə imzalamışdır.Murad Hüseynov at Soccerway

Sloboda Ujiçe 9 sentyabr 2013-cü ildə Hüseynov Serbiyanın əsas liqa təmsilçilərindən olan Sloboda Ujiçe klubu ilə müqavilə imzalamışdır.Huseinov pojačao Slobodu at Sportski žurnal, 11-9-2013 İki aydan sonra qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilmişdir.

Dauqava Dauqavpils 2014-cü ilin mart ayında Hüseynov Dauqava klubu ilə Latviya Yüksək Liqasında liqa görüşündə debüt etmişdir. Hüseynov klubu ilk qolunu 30 aprel 2014-cü ildə Liepaya klubuna qarşı oyunda vurmuşdur. Hüseynov görüşdə penaltini qola çevirmişdir. Həmin görüşdə Dauqava Liepayaya 5-3 hesabı ilə qalib gəlmişdir.Daugavpils "Daugava" pārspēj "Liepāju" ar 5:3 un izvirzās 2. vietā at Sportacentrs.com, 30-4-2014 2014-cü ildə Hüseynov klubu tərk etmişdir.

2015-ci ilin yanavr ayında Hüseynov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakı klubu ilə müqavilə imzalamışdır.

Milli karyerası Hüseynov 2010-cu ilin dekabr ayında Berti Foqts tərəfindən Azərbaycan milli futbol komandasına çağrılmışdır. Rusiya vətəndaşlığı olan Hüseynov Azərbaycan vətəndaşlığını qəbul etmişdir.

Hüseynov milli komanda ilə debütünü 9 fevral 2011-ci ildə Macarıstan millisinə qarşı oyunda etmişdir.

Milli komanda qolları # Tarix Məkan Rəqib Hesab Nəticə Turnir 1. 7 İyun 2011 Bakı, Azərbaycan 1-2 1-3 Avro 2012 T

İstinadlar

Xarici keçidlər Player's Profile on Soccer.ru

Profile at Srbijafudbal.

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Anji Mahaçqala FK futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular