Qızılı daban balıq () — Bədəni hündür olub qızılı rəngə çalır. Hazırda Kür ətrafında çox yayılıb və Cənubi Xəzərdə öz arealını daim genişləndirməkdədir. Sakit axan, oksigeni az olan lilli sahələrdə yaşayır. Qızılı dabanbalığı o qədər də böyük deyil. Uzunluğu 12–25 sm, kütləsi 50–400 q, bəzən 500–600 q olur. 2–4 yaşında cinsi yetişkənliyə çatır. Kürütökmə suda temperatur 17–18 °C olduqda baş verir. Məhsuldarlığı 100–450 min ədəd kürüdən ibarətdir. Kürüləri yapışqanlıdır, su bitkilərinin üzərinə yapışır. Onlar həşərat sürfələri və xırda ilbizlərlə qidalanır. Vətəgə əhəmiy yəti azdır. Qızılı dabanbalığı çəki, karp, külmə və s. kimi qiymətli balıqların qidalandığı orqanizmlərlə yemləndikləri üçün balıq təsərrüfatı məhsuldarlığının aşağı düşməsinə səbəbolur.Əsgerov F. S., Zaytsev Y. Y., Qasımov R. Y., Quliyev Z."Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları" "Bəşər-XXI" nəşriyyatı, Bakı, 2003, səh62.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Sənaye balığı Kateqoriya:Şirin su balıqları Kateqoriya:1758-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Polşa mətbəxi Kateqoriya:Rusiya mətbəxi Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları