Sağ Tuzlov çayı () — Rusiyanın Rostov vilayəti və Ukraynanın Luqansk vilayəti ərazisindən axır. Tuzlov çayının qoludur. Çayın uzunluğu 21,8 kilometrdir. Mənbəyinin hündürlüyü 190 metr təşkil edir. Üzərində su tutarı vardır.

Çay sistemi: Sağ Tuzlov çayı → Tuzlov → Aksay → Don.

Adı Çayın ikinci hissəsi Tuzlovkəlməsi öz növbəsində türk sözü olan duz sözündən törəmişdir. Sağ Tuzov çayı Tuzlov kəlməsi işlədilən üç çaydan biridir: Sol Tuzlov çayı, Orta Tuzlov çayı və Sağ Tuzlov çayı. Çayların bu tip adlandırılmasının səbəbi onların müvafiq istiqamətdən Tuzlov çayına tökülür

Çayın adı öz növbəsibə Kamenno-Tuzlovka kəndinin adına təsir etmişdir.

Axarı Sağ Tuzlov çayı Dones vilayətinin cənub hissəsindən başlayır. Mənbəyi Çervonı Xovten kəndinin şimalında yerləşir. Ümumilikdə əsasən cənub-şərq istiqamətdə axır. Rostov vilayətinin Kuybişevski rayonu Kiriçinko-Lişuqski xutoru ərazisində Orta Tuzlov çayı ilə birləşərək Tuzlov çayını əməlı gətirir. Çay Luqansk vilayətinin Antrnsitovski və Rostov vilayətinin Kuybışev rayonları ərazisindən axır. Çayın 3 km Ukrayna, 18 km isə Rusiya ərazisindən axır. Hər iki ölkənin sərhəddində 0,4 km məsafədə keçir.

Yaşayış məntəqələri Obiyko xutoru. Kamenno-Tuzlovka kəndi. Kumşatskoe kəndi. Kiriçinko-Lişuqski xutoru.

Ədəbiyyat «Природа Ростовской области» — К. З. Яцута, глава Притоки Дона

İstinadlar

Mənbə Реки Луганской области на «Лугазоре»

Kateqoriya:Rostov vilayəti çayları