Aksay rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Aksay şəhəridir. Tarixi Aksay rayonu ərazisində ilk yaşayış məntəqəsi haqqında yazılı mənbə 1570-ci ilə aiddir. 1742-ci ildə burada Ust-Aksay stansiyası salınır. Aksay qədim türklərin Ağ çay adlandırdıqları toponimin rus variantıdır
Aksay rayonu bir inzibati vahid olaraq 1936-cı ildən mövcuddur.
Coğrafiyası Aksay rayonu Rostov vilayətinin mərkəsində yerləşir. 117,0 min hektar ərazini əhatə edir.
Su resursları Rayon ərazisindən axan çaylar: Aksay çayı Bolşoy Loq çayı Bolşoy Nedvetay Qruşevka çayı Don çayı Koysuq çayı Suxoy Batay Temernik çayı Tuzlov çayı Çerkasskaya çayı
Rayon ərazidində yerləşən göllər: Balaqurskoe Bolşoy Liman — rayonun mərkəzində Bolşoy Liman — rayonun şərqində Bolşoy Sunduk Qeneralskoe — Olqinski stansiyası yaxınlığında Qeneralskoe — Aleksandrovki yaxınlığında Dlinnoe Krivoe — rayonun şərqində Krivoe — rayonun qərbində Kruqloe — rayonun qərbində Kruqloe Krutovatoe Mayıy Sunduk Monastır gölü — rayonun ən böyük gölü Pesçanoe — rayonun şərqində Pesçanoe — rayonun qərbində Podpolnoe Svetloe
İqtisadiyyat Rayonnərazisində 36 sənaye, 24 tikinti, 10 nəqliyyat, 26 kənd təsərrüfatı, 200 fərdi kəndli-fermer təsərrüfatı müəssisəsi fəaliyyət göstərir. Kiçik müəssisələrin sayı 800 keçir. Rayonda təsərrüfat sahələrinin istehsalatda müvafiq payı: Sənaye — 47,7 %, Kənd təsərrüfatı — 19,8 %, Nəqliyyat — 8,8 %, Tikinti — 8,9 %.
Mənbə Сайт Администрации Аксайского района МФЦ Аксайский район Аксайский район на сайте администрации Ростовской области Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов Герои труда Аксайского района Почтовые индексы: Почтовые индексы: Аксайский Район Почтовые индексы | Ростовская область | Аксайский район
İstinadlar
Kateqoriya:Rostov vilayətinin rayonları Kateqoriya:1936-cı ildə yaranmış dövlətlər və ərazilər