Burnonit (fransız mineraloqu J.L.Burnonun soyadından) — mürəkkəb sulfidlər qrupundan mineral, PbCuSbS3..Burnoit// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 98.
Təsviri Romb sinqoniyasında kristallaşır. Qısa prizmatik və ya sütunvarı kristallar əmələ gətirir. Adətən, dənəvər aqreqatlar yaradır. Təkərvarı, yaxud xaçşəkilli ikiləşmələr səciyyəvidir. Rəngi poladı-bozdan dəmiri-qarayadək dəyişir. Metal parıltılıdır. Sərtliyi 2,5–3, sıxlığı təqr. 5840 kq/m3. Kövrəkdir. Dielektrikdir. Hidrotermal yataqlarda qalenit, pirit, xalkopirit, sfalerit, falers filizləri, bulanjerit və külçə qızılla assosiasiyada olur. Yüksək konsentrasiyalarda qurğuşun, mis, sürmə filizidir; digər filiz mineralları ilə birlikdə çıxarılır. Rusiya Federasiyasında, Ukraynada, Çexiyada, Almaniyada, həmçinin ABŞ-də, Avstraliyada və Cənubi Amerikanın bir sıra ölkəsində yataqları var.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Sulfosollar (minerallar) Kateqoriya:Qurğuşunun mineralları Kateqoriya:Misin (I) mineralları Kateqoriya:Antimonitin mineralları Kateqoriya:Rombik sinqoniya mineralları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış minerallar Kateqoriya:Sulfidlər (minerallar) Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri