Eçmiədzin rayonu (1945-ci ilədək Vağarşapat rayonu) — Ermənistan SSR və Ermənistan tərkibində 1930–1995-ci illərdə mövcud olmuş inzibati-ərazi vahidi.

Tarixi thumb|350px|Eçmiədzin, və ya Üçkilsə 1723-cü ilin xəritəsində 1930-cu il sentyabrın 9-da yaradılıb. 1945-i il martın 12-nə qədər Vağarşapat rayonu, həmin tarixdən etibarən isə Eçmiədzin rayonu adlandırılıb. Ərazisi 379 kv km-dir. Rayon mərkəzi respublika tabeli Üçkilsə (dəyişdirilmiş adı Vağarşapat, Eçmiədzin) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir. Rayon mərkəzindən Abaran (Kasax) çayı, Güney Azərbaycanla sərhəddindən isə Araz çayı axır.

Qədim xəritələrdə qeyd olunan Kasax çayının adı (Qazax sözündə olduğu kimi) qədim Kaz+as (kas+as) tayfa adı ilə bağlı olub,xəzər-azər tayfaları adı ilə eyni kökdəndir. 1932-ci ilin inzibati bölgüsünə görə Üçkilsə rayonu ərazisində olan kəndlərdən 52-də sırf azərbaycanlılar yaşayırdılar, lakin Zəngibasar rayonunun tez-tez yaradılıb ləğv edilməsi Üçkilsə rayonu da ərazi dəyişikliyinə məruz qalıb. Eçmiədzin toponiminin qədim türk dilində "Əcdad", "ata", "baba" mənasını verən "eçi" (m- I şəxsin təkinə aid mənsubiyyət şəkilçisidir) və "çöl" mənasını verən "yazı" komponentlərindən ibarət olduğu ehtimal edilir. Yəni "Əcdadların çölü", "Əcdadların yurdu" Eçmiədzin sözünün "Üç müədzin" birləşməsindən əmələ gəldiyi ehtimalı da var. Bu ehtimal isə Üçkilsə variantı ilə bir növ təsdiq olunur.

İrəvan xanlığı ərazisində yaşayan Oğuz boyları VII-ci əsrdən etibarən islam dinini qəbul etməyə başladıqlarından, ermənilər tədricən gəlib Eçmiədzin kilsəsinə və digər kilsələrə sahib çıxmışdılar. Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı. (Мамедов С.А., Азербайджан по источникам XV — первой половины XVIII вв., Бакы, 1993, səh.41.).

1905-ci ilin iyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi tərk edirlər. İyunun 10-da ermənilər Eçmiədzində 10 kəndi dağıdırlar. M. S. Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə səciyyələndirmişdi: "İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi". thumb|300px|right|Rayon mərkəzi olan Üçkilsə şəhəri yaxınlığında qədim Göy Mələkləri məbədinin qalıqları 1897-ci ildə İrəvan quberniyasında azərbaycanlı əhali 313176 nəfər olduğu halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302965 nəfər qalmışdı. 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilmişdi. (Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907, səh. 61.)

1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Eçmiədzində 84 yaşayış məntəqəsi yerlə yeksan edilmiş, minlərlə əhali qırılmış və öz etnik ərazilərindən qaçqın düşmüşdü.(Azərbaycan Respublikası Dövlət Arxivi, f. 894, siy.10, iş 80)

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixiÜçkilsəVağarşapat…AyğırgölAknaliç 25.1.1978VağarşapatEçmiədzin12.03.1945Aralıq KolanlıQriboyedov25 yanvar 1978AralıqYuxarı Kolanlı03.01.1935HacıqaraHaygeşat03.01.1935HacılarMrqastyan03.01.1935Molla DursunŞaumyan1920KörpəliArşaluys03.01.1935Aşağı TürkmənliLusakyuğ03.01.1935Yuxarı TürkmənliApaqa03.01.1935Yuxarı ƏylənliTsaxkunk04.04.1946Aşağı ƏylənliLenuqi04.04.1946Əlibəyli (Üçkilsə)Atarbekyan04.04.1946VarmaziyarArevşat04.04.1946Qəmərli (Üçkilsə)Metsamor15.07.1946Yuxarı Qarxun (Üçkilsə)Crarat04.04.1946Aşağı Qarxun (Üçkilsə)Araks15.07.1946Qarğabazar (Üçkilsə)Haykaşen25.05.1965Ağcaqala (Üçkilsə)Tsaxqalanç25.01.1978Ayarlı (Üçkilsə)Lernamerda25.01.1978AyğırliçAqnaliç25.01.1978Aşağı ZeyvəArataşen25.01.1978Yuxarı ZeyvəTaronik25.01.1978Aşağı XatınarxQay25.01.1978Yuxarı XatınarxAknaşen25.01.1978QaraqoyunFerik25.01.1978Muğan (Üçkilsə)Hovdameç25.01.1978Hacıqara (Üçkilsə)Aygeşad3.l.1935Samaqar (Eçmiədzin)Geğakert25.01.1978

Mənbə Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI — начале XIX в., Ленинград, 1949 Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969 Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963 Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898 Мамедов С.А., Азербайджан по источникам XV — первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852 Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989 Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954 Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831 Kemal Beydilli, 1828–1829. Osmanlı — Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986 Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976 Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836 Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885 Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904 "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992 Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992 Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992 Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907 Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960 Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989 Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990 Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993 Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il. Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993 Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977. Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı

İstinadlar

Həmçinin bax Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Üçkilsə kilsəsi

Kateqoriya:Gərnibasar mahalı Kateqoriya:9 sentyabrda yarananlar Kateqoriya:1930-cu ildə yarananlar Kateqoriya:Ermənistan SSR-in rayonları Kateqoriya:Üçkilsə rayonu