Anqstremlər, Onqströmlər (Ångström) – İsveç alimləri ailəsi, ata, oğul, nəvə.

Anders Yonas Anqstrem A. Y. Anqstrem – fizik, Upsala universitetinin professoru (1958). Böyük dəqiqliklə Günəş spektri xətlərinin dalğa uzunluqlarını ölçmüş və onların ilk müfəssəl atlasını tərtib etmişdir. 10–10 m-bərabər olan uzunluq vahidinə onun ad verilmişdir.

Knut Yuxan Anqstrem K. Y. Anqstrem — geofizik, İsveç Kral Elmlər Akademiyasının üzvü (1893), Upsala universitetinin professoru (1896). O, infraqırmızı şüaların müxtəlif maddələr tərəfindən udulmasını tədqiq etmiş, kompensasiyalı pirheliometr və pirheometr yaratmışdır.

Anders Knutson Anqstrem A. K. Anqstrem – geofizik, İsveç Kral Elmlər Akademiyasının üzvü (1948). İsveç hava bürosunun başçısı (1940-cı ildən), Stokholmda Meteorologiya və Hidrologiya İnstitutunun direktoru (1949–54cü illər) olmuşdur. Yerin şüasaçma intensivliyini müəyyən etmək üçün empirik düstur çıxarmış, piranometr quraşdırmış, Günəş sabitinin və Günəş aktivliyinin dəyişməsinin tədqiq etmişdir.

Xarici keçidlər Anders Jonas Ångström

İstinadlar

Kateqoriya:İsveç alimləri Kateqoriya:Ailələr