Bokovski rayonu — Rusiyanın Rostov vilayəti ərazisində yerləşən inzibati rayon.
Rayon mərkəzi Bokovski stanisasıdır. Coğrafiyası Bokovski rayonunun sahəsi 1927 km² ərazini əhatə edir və Rostov vilayətinin şimalında yerləşir. Şərqdə Volqodonsk vilayəti, cənub-şərqdə Sovetski rayonu, cənubda Kaşarski rayonu, qərbdə Verxnedonski rayonu, şimalda Şoloxov rayonu ilə sərhədlənir. Rayon ərazisindən Çir çayı axır. Rayonun ərazisi bitki və heyvanlar aləmi ilə zəngindir.
İnzibati mərkəzi olan Bokovski stanisası Rostov-na-Donu şəhərindən 340 km məsafədə yerləşir. Ona ən yaxın rayon mərkəzi Kaşardır. Kaşara olan məsafə 70 km təşkil edir. Yayon mərkəzindən Volqoqrada olan məsafə 280 km, Krasnodara olan məsafə 604 km, Moskvaya olan məsafə 999 km təşkil edir.
Tarixi Bokovski rayonu 28 dekabr 1934-ci ildə Azov-Qaradəniz vilayətinin Veşenski rayonunun bölünməski nəticətində təşkil edilmişdir. Bu zaman yeni Bazkovski rayonu, Bokovski və Veşenski rayonları təşkil edilmişdir. Bokovski rayonu 1963-cü ildə ləğv edilmişdir. 1970-ci ildə isə yenidən bərpa edilmişdir Bokovski Diyarşünaslıq muzeyi Bokovski Diyarşünaslıq muzeyi 8 may 1982-ci ildə açılmışdır. Bir təşkilat və müəssisə olaraq isə 1976-cı ildə baş vermişdir. Muzey 7 zaldan ibarıtdir.
Muzeyin adresi: Bokovski rayonu, Bokovskaya st, Teliçenko x, 18.
Əhali Rayonun əhalisi — 14 min nəfər təşkil edir.
Mənbə Официальный сайт Администрации Боковского района Боковский район на сайте администрации Ростовской области Муниципальное образование Боковского района Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов Сайт станицы Боковская Боковского района İstinadlar
Kateqoriya:Rostov vilayətinin rayonları