() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Xarakterik morfoloji əlamətləri Başında qar lələklərdən ibarət ucu sivri və ağ haşiyəli kəkili var. Dimdiyindən göz və qulaq lələklərinə qədər nazik qar zolaq uzanır. Erkək dişiyə nisbətən azca iridir Q.T.Mustafayev, N.A.Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, s. 315.D.Q.Tuayev. Azərbaycan quşlarının kataloqu. Bakı, 2000, s. 179–180.Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954. ст. 120-121.Г.Н. Симкин. Певчие птицы. М.: 1990 ст. 369–374..
Kateqoriyası və statusu Qismən çoxsaylıdır.
Yayılması Avropa və Asiyada yayılıb. Azərbaycanda isə Kiçik və Böyük Qafqaz dağlarının dağətəyi hissəsində və Talışda yayılıbQ.T.Mustafayev, N.A.Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, s. 315.D.Q.Tuayev. Azərbaycan quşlarının kataloqu. Bakı, 2000, s. 179–180.Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954. ст. 120-121.Г.Н. Симкин. Певчие птицы. М.: 1990 ст. 369–374..
Növdaxili müxtəlifliyi Dünyada 5, Azərbaycanda isə 1 yarımnövü (P.с. cristatus Linn, 1758) yaşayır.
Yaşayış yeri və həyat tərzi Yarpaqlı meşələrdə, xüsusilə, iynəyarparlı meşələrdə yaşayır. Oturaq quşdur. Ovetmə ərazisi 12000 m–dən çoxdur. Nəsil verdikdən sonra kiçik sürülər əmələ gətirirQ.T.Mustafayev, N.A.Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, s. 315.D.Q.Tuayev. Azərbaycan quşlarının kataloqu. Bakı, 2000, s. 179–180.Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954. ст. 120-121.Г.Н. Симкин. Певчие птицы. М.: 1990 ст. 369–374..
Qida spektri Əsasən entomofaqdır. Yemini ağaclardan, ot bitkilərinin üstündən, ağac qabığından əldə edir.
Təbii düşmənləri Məlum deyil.
Cinsi statusu və çoxalma xüsusiyyətləri İldə 2 dəfə nəsil verir. I yuvaya aprel-mayda, II yuvaya isə iyunda rast gəlinir. Yuvanı ağac koğuşlarında qurur. Yuvada 4–7 yumurta olur. Kürtyatma 15–17 gün çəkir.
Növün fenologiyası Lələkdəyişməsi avqustun əvvəlindən axırınadək davam edir.
Ontogenezi Bir yaşında cinsi yetişkənliyə çatır. Fərdi inkişafı rüşeym, bala, yuvinal və yetkin formalardan ibarətdir. İnkişaf tipinə görə ətcəbaladır.
Reproduktivliyi İldə 2 dəfə nəsil verir, 4-7 yumurta qoyur.
Xromosom göstəriciləri Məlum deyil.
Sayı və limit faktorları Limit faktoru kimi bu quşların yuvalama və yaşayış yerlərinin təbii fəlakətin və antropogen amillərin təsirlərinə məruz qalmasıdır.
Biosenozda rolu Çoxalma dövründə zərərli həşəratların tələf edilməsində xeyirlidir.
İnsan həyatında rolu Elmi əhəmiyyətli kolleksiya obyektidir.
Qəbul olunmuş və qəbul edilməsi vacib mühafizə tədbirləri Qoruq və yasaqlıq ərazilərində qorunur, Avropa mühafizə statusuna və Bern konvensiyasına daxildir.
Növün qeydiyyat göstəriciləri Kolleksiyası elmi fondlarda saxlanılır. Muzeylərdə nümayiş etdirilir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avropa quşları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar