() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır. Daxili yarpaqları yaşılımtıl-çəhrayı çalarlı, məxmərvari tüklü 3 damarlıdır. Dodaqcıq enli, oval, məxmərvari 3 dilimlidir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi aprel-may aylarına təsadüf edir. Aşağı dağ qurşağında meşə talalarında yayılmışdır.
Azərbaycanda yayılması Böyük Qafqazın qərbi (Şəki rayonu Kiş kəndi), Lənkəranın dağlıq hissəsi. BQ qərbi hissəsinin rayonlarında aşağı dağ qurşağında yayılmışdır. Meşə talalarında bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.
Sayı və tendensiyası Yeganə lokaliteti müşahidə olunur, azalma tendensiyası davam edir.
Məhdudlaşdırıcı amillər Antropogen amillər (dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması, otarma və tapdalanma), xüsusi yaşayış mühitinə təkləbkar olması.
Mühafizə tədbirləri Yayıldığı ərazilərın nəzarətə götürulməsi və mütəmadi monitorinqlərin aparılması təklif olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ bağ bitkiləri Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Türkiyə florası