() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Soğanağı yumurtavari, 2-2,5 sm enində, tünd, 1,5-2 sm enində boz qınla örtülüdür. Gövdə 30 sm-ə qədər hündürlükdədir. Yarpaqlar 2-3, uzunsov, dar-xətvari və ya dar-lansetvari, 0,5-1 (1,5) sm enində, aşağıdan sıxılmışdır. Salxım çoxçiçəkli, sıx, 2-6 sm uzunluğunda, uzunsov ovaldır. Çiçəkyanlığı qara, mavi, 5 mm uzunluğunda, uzunsov-zəngvari, çiçək saplağına bərabərdir. Erkəkcik çiçəkyanlığının əsnəyinə birləşmişdir. Tozcuq sarıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə, meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüfedir. Mezokserofitdir. Soğanaqla və toxumla çoxalır. Orta və yuxarı dağ qurşağında, subalp və alp çəmənliklərində, rütubətli çəmənlərdə bitir.

Azərbaycanda yayılması Naxçıvanın dağlıq hissəsində (Şahbuz rayonu, Batbat və Kükü kəndi ərazilərində).

Sayı və tendensiyası Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir.

Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədiilə heç bir tədbir görülmür. Ysaqlıqların təşkili, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ bağ bitkiləri Kateqoriya:1835-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Pyer Edmond Boissier tərəfindən adlandırılmış taksonlar