() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-20 sm hündürlükdədir, yarpaqlarla birlikdə yumşaq tüklüdür. Kök üzərində olan yarpaqlar çiçəklərlə birlikdə əmələ gəlir, uzunsov, ikiqat lələkvari yarılmış xətvari, qısa, itiləşmiş hissələrə ayrılmışdır. Çiçəklər bənövşəyi, bəzən də ağımtıl rənglidir. Çiçəkyanlığının yarpaqları ellipsivari və ya tərsyumurtavari, uzunsov, 3 sm-ə qədər uzunluqdadır. Meyvələrin saplağı tükcüklü, 2-3 sm uzunluqdadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi may-iyun aylarına təsadüf edir. Orta dağ qurşağından yuxarı dağ qurşağına qədər meşə talalarında, meşə kənarlarında, kolluqlarda rast gəlinir.
Yayılması Kiçik Qafqazın şimal, cənub, mərkəzi hissələri və Naxçıvanın dağlıq hissəsi.
Sayı və tendensiyası Fraqment şəklində rast gəlinən areallarında saylarının azalması müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Antropogen amillər (əsasən yay otlsaqlarının sistemsiz otarılması və biçənək kimi istifadə edilməsi).
Mühafizə tədbirləri Yayıldığı ərazilərin nəzarətə götürülməsi, axtarış monitorinqlərinin aparılması, toxumla çoxalan bitki olduğundan lazımi miqdarda toxum ehtiyyatının toplanılması təklif olunur.
Sinonimləri Pulsatilla georgica Rupr.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ bağ bitkiləri