() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Nadir növdür. Genefondunu qorumaq lazımdır. Təbiətin bəzəyidir.
Qısa təsviri Qanadları açılmış halda 47-52 mm-dir. Ön qanadları açıq-yaşıl rəngdədir. Yumru və böyrəkşəkilli naxış yaşıldır, kənarları bərabər olmayan qara xətlə haşiyələnmişdir. Ləkələr aarasındakı gözcük qara rəngdədir, dördküncdür, ortasında yaşıl ləkə vardır. Arxa qanadları tünd-boz rəngdədir, üzərində 2 eninə zolaq uzanır ki, onlar da açıq rəngdə nöqtələr şəklindədir, alt tərəfində 2 eninə zolaq və aypara şəkilli naxış vardır.
Yayılması və sayı Avropa, Kiçik Asiya, Belarus, Sankt-Peterburq, Ukrayna, Gürcüstan, Rusiyanın cənubunda. Azərbaycanda isə Böyük və Kiçik Qafqazın dağətəyi yerlərində və Lənkaran vilayətində. Azsaylıdır.
Yaşayış yeri və həyat tərzi Xəzərin sahillərindəki meşə və bağlarda. Həyat tərzi öyrənilməmişdir. Kəpənəkləri avqustun axırlarında, sentyabr, oktyabr və noyabrın əvvəllərinə qədər uçur. Ehtimal ki, 2 nəsli inkişaf edir.
Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, bu ərazilərin insanların yaşayış məskənlərinə çevrilməsi, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Qorunması üçün məsləhət görülən tədbirlər Yaşayış yerlərində yasaqlıq təşkil etmək. Kəpənəyin biologiyasını öyrənmək.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1758-ci ildə təsvir edilən güvələr Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları