Mərcanvari herisium () —
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar"kateqoriyasına aiddir – CR B1b(i, iii) + 2b(ii, iii). Nadir növdür.http://redbook.az/?options=project&id=M%C9%99rcanvari%20herisiumAzərbaycan Respublikasının Qırmızı Kitabı - nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri”, “Şərq-Qərb” nəşriyyatı, Bakı, 2013, 676 s.
Qısa morfoloji təsviri Meyvə cismi oduncaqda inkişaf edir, birillik, mərcanvari budaqlanmış, möhkəm ayaqcıq əsaslı, 5-13 sm diametrindədir, cavan meyvə cismi ləti liflidir, qar kimi ağ, sonradan və ya əl ilə toxunduqda, xüsusi qurudulduğu zaman qonur rəng alır. Ləti ağ, lifli, xoş göbələk ətirlidir. Himenofor tikanlıdır, tikanlar budaqların alt hissəsində, konusvari, 4-10 mm uzunluğunda, mumvari konsistensiyalıdır.Васильева Л.Н., 1973
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri ksilotrofdur, oduncağın çürüməsini törədir. Quercus cinsinin növlərində, əsasən gövdəsində rast gəlinir. Meyvə cisimləri tək-tək, payız mövsümündə rast gəlinir.Sadıqov A.S. 2001
Yayılması Balakən rayonunun Mahamalar kəndi ətrafında.
Sayı və tendensiyası Yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər İnkişafı üçün çürümüş enliyarpaqlı ağac növlərinə tələbatdır.
Mühafizə tədbirləri Populyasiyanın vəziyyətinə nəzarət, yeni əmələgəlmə yerlərini aşkarlamaq və mitselilərini kultura kolleksiyasında saxlamaq. Çox nadir hallarda təsadüf edildiyi üçün qorunması vacibdir.
İstinadlar
Kateqoriya:Yeməli göbələklər