() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Qısa təsviri Azərbaycanda əldə edilmiş 68 fərdin kütləsi 2,5-5,7 qram, bədəninin uzunluğu 44,0-68,0 mm, quyruğu 30,2-40,8 mm, pəncəsi 8,6-12,2 mm olmuşdur. B.E.Sokolov və A.K.Tembotova görə (1989) Şərqi Zaqafqaziya heyvanları S.volnuchini ognev formasına aiddir.
Yayılması Avropa, Asiya, Qafqazın meşə və meşə-çöl landşaftlarında yayılmışdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın meşə zonasında 900-2000 m hündürlükdə rast gəlinir.
Həyat tərzi Kolluqların arasında, çayların kənarında, arxların qırağındakı daş yığınlarında rast gəlinir. Ən yüksək sıxlığı d.s. 1000 - m-ə qədər hündürlükdə qeydə alınmışdır (Quba rayonu Təngəaltı kəndi və Şuşa rayonunun Keçəldağ ərazisində). Sığınacaq kimi müxtəlif təbii yerlərdən istifadə edərək quru bitkilərdən kürəşəkilli yumşaq yuva düzəldir.
7-8 aylığında cinsi yetkinliyə çatır. Çoxalma dövrü apreldən oktyabra qədərdir. Bu müddət ərzində dişilər hər birində 3-dən 8-ə qədər bala olan 2 nəsilverir. Əsas yemini cücülər (sərtqanadlılar və onların sürfələri, uzunburunlar, ağcaqanadlar, düzqanadlılar, yarımsərtqanadlılar, ikiqanadlar) və xırda onurğalılar (qurbağalar, kərtənkələlər, gəmiricilər və b.) təşkil edir. Gündüzə nisbətən çox vaxt alaqaranlıq vaxtı və gecə ova çıxırlar. Zərərli cücüləri və xırda gəmiriciləri məhv etməklə böyük təsərrüfat əhəmiyyəti daşıyır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə məməliləri Kateqoriya:1766-cı ildə təsvir edilən məməlilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya faunası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları