Elizabet Elen Blekbörn () — Amerika sitogenetiki, Nobel mükafatı laureatı (2009, K. Qreyder və C. Şostak ilə birlikdə).Belkbörn// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 582.

Həyatı London Kral cəmiyyətinin (1992), Amerika Mikrobiologiya Akademiyasının üzvüdür (1993). Melburn Universitetini (1972) bitirmişdir. 1975-ci ildə Kembric Universitetində (Böyük Britaniya) doktorluq dərəcəsini almışdır.

Fəaliyyəti 1975–77-ci illərdə Yel Universitetində (ABŞ, Konnektikut ştatı) molekulyar və hüceyrə biologiyası sahəsində çalışmış, Berklidəki Kaliforniya Universitetində (1978-ci ildən), San-Fransiskodakı Kaliforniya Universitetində (1990-cı ildən), Solk İnstitutunda fəaliyyət göstərmişdir. Telomeraza fermentini, bu fermentin köməyi ilə xromosomların mühafizə mexanizmini kəşf etmişdir.

Mükafat və təltifləri Avstraliya mükafatı (1998) Harvi mükafatı (1999) Keio Tibbi Elm Mükafatı (1999) Kaliforniya İlin Elm Adamı 1999-cu il Kaliforniya Hall of Fame (2011) Nobel Mükafatı Laueratı (2009)

Şəxsi həyatı Blekbörn həyat yoldaşı Con Ve Sedat ilə San-Fransiskoda yaşayır və onların Benjamin adında bir oğulları var.UCSF's Elizabeth Blackburn Receives Nobel Prize in Physiology or Medicine, By Jennifer O'Brien. Press release.

İstinadlar

Xarici keçidlər Nobelprize.org bio

Kateqoriya:Nobel mükafatlı qadınlar Kateqoriya:Avstraliya bioloqları Kateqoriya:ABŞ qadınları Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:ABŞ genetikləri